Üzü 10 yaş cavanlaşdıran vasitə
Son illər texnologiyanın inkişafı özünü kosmetologiya sahəsində də göstərmişdir. Müxtəlif üsullarla üzün cavanlaşdırılması artıq bir dəb halını alıb. Bunun üçün müxtəlif vasitələrdən istifadə edilsə də, iplərlə üzün cavanlaşdırılması ən yaxşı yöntəmlərdən biri hesab edilir. Bu vasitədən hətta nəinki üzdəki qırışlardan, hətta dodaq, ağız və boyun bölgəsində olan qırışıqlıqlardan da xilas olmaq mümkün olur. İplə üzgərdirmə əməliyyatsız və ağırlaşmasız bir əməliyyatdır. Bu əməliyyat sayəsində dəridəki çağıqlardan və qırışıqlardan xilas olmaq mümkün olur.
İplə üzgərdirmə zamanı üzün heç bir mimikası və ifadəsi dəyişilmir və dəri 5-10 yaş cavanlaşır. Bu vasitənin botoksdan fərqli və əhəmiyyətli xüsusiyyəti üzün mimikasını dəyişdirməməsidir. Belə ki, iplə üzgərmə əməliyyatı insanın gündəlik iş həyatına mane olmur.
İplə üzgərmə əməliyatının aşağıdakı avantajları vardır:
* Yerli anesteziya altında baş verdiyi üçün ağrı hissi olmur.
* Proses 30 dəqiqəyə başa çatır.
* Əməliyyat zamanı qısa bir zamanda dəridəki qırışıqlıqlar və məsamələr aradan qalxır.
* Dəri altına yerləşdirilən iplər xüsusi iplər olduğundan son dərəcə zərərsizdir.
* Proses zamanı kollagenlərdən istifadə edildiyi üçün tez bir zamanda sağalma baş verir.
* İstifadə edilən iplər və iynələr dəridə heçbir iz qoymur.
* İplə üzgərdirmə əməliyyatını dəfələrlə təkrar etməyin heç bir zərəri yodur.
* Proses zamanı bəzən baş verən qaşınmalar və göyərmələr qısa bir zamanda sağalır və orqanizmə əks təsir göstərmir.
* Əməliyyatdan dərhal sonra kosmetikadan istifadə edilə bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Üzü 10 yaş cavanlaşdıran vasitə" haqqında müzakirə