Listerioz haqqında

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 290 671
  • 0 rəy

Listerioz zoonoz mənşəli xəstəlik olub, damaq badamcıqlarının və limfa düyünlərinin şişməsi, qaraciyərin, dalağın, mərkəzi sinir sisteminin zədələnməsi ilə özünü göstərir. Xəstəlik səbəbi ilə 60 yaşdan yuxarı xəstələrin 35%-i, 2 aya qədər uşaqların isə 25%-i həyatlarını itirir. Xəstəlik insanlara ev heyvanlarından yoluxur.
Xəstəliyin törədicisi Listeriya qrammübət bakteriyasıdır. Bakteriya soyuğa çox davamlıdır, quruma şəklində 7 ilə qədər yaşaya bilir. Listerioz sağlam adamlara heyvani məhsullaradan (süd, ət) yoluxur. Xəstəliyin yoluxmasında immunitetin də rolu böyükdür. Hamilə qadınlar və yenidoğulmuşlar xəstəliyə daha tez yoluxurlar. İmmun sistemi zəifləmiş, uzun müddət kortikosteroidlərlə müalicə almış adamlar, şəkərli diabeti olan şəxslər xəstəliyə daha çox yoluxurlar. Listerialar çiy qidalardan, bütün selikli qişalardan və dərinin zədəli yerlərindən orqanizmə düşür. Əvvəlcə limfa yolları, sonra qan vasitəsilə ürəyə, qaraciyərə, böyrəklərə, beyinə, dalağa, badamcıqlara, böyrəküstü vəzilərə yayılır, oradan sürətlə çoxalırlar. Hamilələrdə infeksiya dölə keçir. Bakteriya yoluxduğu orqanda septik əlamətlər verir, orqan sepsisə uğrayır. Nəticədə qaraciyər böyüyür, nekrotik düyünlər meydana çıxır.
KLİNİKASI: Listeriozun aşağıdakı növləri var:
– kəskin
– yarımkəskin
– xroniki
– abortive.
Listeriozun bütün formaları üşütmə, baş ağrısı, yüksək temperatur, ümumi zəiflik, yuxusuzluq, əzələlərdə ağrı ilə başlayır. Bəzən xəstənin dərisində səpgilər meydana gəlir. Qanda yüksək leykositoz müşahidə edilir. Xəstəliyin ən qorxulu ağırlaşması anginoz septiki və meningitdir. Hamilə qadına listerioz yoluxmuşsa, uşaq ölü doğulur və ya doğuldlqdan 2 həftə sonra ölür.
DİAQNOZU: Xəstəliyin ilk günlərindən qanın bakterioloji müayinəsi listeriozun diaqnozunu təsdiqləyir.
MÜALİCƏSİ: Xəstəyə bakteriya əleyhinə preparatlar, antibiotiklər, dezintoksikasiyaedici dərmanlar, vitaminlər, bioloji stimulyatorlar təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Listerioz haqqında" haqqında müzakirə