VƏBA
Vəba – kəskin bağırsaq infeksiyası olub ishal, qusma, su-duz mübadiləsinin pozulması, bəzən kəskin böyrək çatmazlığı, hipovolemik şokla özünü göstərir. Tez yayıldlğına və ölümlə nəticələndiyinə görə vəba çox təhlükəli infeksiyalara aid edilir.
ETİOLOGİYASI: Vəbanı vibrionlar törədir. Vibrionlar qələvi mühiti xoşlayir, turş mühitdə ölürlər. Vəba bağırsaq infeksiyası olduğu üçün onun yeganə mənbəyi insandır. Törədici xəstənin qusuntusu ilə yayılır. Yoluxma faktoru kimi çiy su mühüm yer tutur. Bəzi ərzaq məhsullarında da vəba vibrionları olduğu üçün xəstəlik adətən kütləvi səkildə yayılır.
PATOLOGİYASI: Su və ərzaq məhsulları ilə mədəyə düşən vibrionlar ilk növbədə duz turşusunun və bağırsaq mikroblarının antoqonist təsirinə məruz qalırlar. Mədə bağırsaq sistemində xəstəliyi olan adamlar vəbaya daha tez yoluxurlar və xəstəliyin daha ağır formasını keçirirlər. Çoxlu maye içilməsi vibronu turşunun təsirindən qoruya bilir. Vibronlar başqa mikrobla birləşdikdə daha güclü təsir göstərir. Vəba yoluxmuş xəstədə ishal baş verir, sonra qusma prosesə qoşulur. Xəstədə tez-tez baş verən ishal üzündən bədən Na, K, CL itirir. İshal və qusma səbəbli bədən susuzlaşmağa başlayır, zülal itkisi verir. Təkrar ishal və qusamnın olması dehidratasiya, elektrolit çatışmazlığı və turşu –qələvi müvazinatının pozulmasına səbəb olur. Kaliumun itirilməsi orqanizm üçün daha təhlükəli olur, xəstələrdə qıcolmalar başlayır.
KLİNİKASI: Vəbanın inkubasiya dövrü bir neçə saatdan 5 günə qədərdir. Xəstəlik dərəcəsinə görə aşağıdakı formalara bölünür:
– yüngül
– orta ağır
– ağır
DİAQNOZU: Kliniki məlumatlarla yanaşı diaqnoz üçün laborator müayinə üsulları xüsusi əhəmiyyətə malikdir. Antibiotiklərlə müalicədən 48 saat sonra xəstənin nəcsi əkilir, antibiotik müalicəsinin təsirinin olub olmaması yoxlanılmalıdır. Xəstəliyin əlamətləri qida zəhərlənmələrinin əlamətlərinə cox oxşayır. Anamnezə diqqətlə qulaq asıb, vəbanın diaqnozunun təsdiqlənməsi üçün həkimin daha diqqətli olması vacibdir.
MÜALİCƏSİ: Vəbanın müalicəsi patogenetik və etiotrop aparılır. İlk növbədə orqanizmin su-elektrolit mübadiləsi çartışmazlığı aradan qaldırılır, qanın turşu-qələvi tarazlığı bərpa edilir, ürək-damar, böyrək və tənəffüs çatışmazlığı aradan qaldırılır. Bədənin su ehtiyatı bərpa olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"VƏBA" haqqında müzakirə