Blefarit

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 434 844
  • 0 rəy

Blefarit.
Blefarit göz qapaqları kənarının iltihabıdır.
Ümumi məlumat:
Əsas törədicisi stafilokokus aureus, uşaqlarda staf. Epidermidisdir.
Xəstəlik bir neçə klinik formada davam edir.
Sadə blefarit-zamanı göz qapağı kənarı qalınlaşır, hiperemiyalaşır, kirpik kökcüklərində kül rəngli pulcuqlar əmələ gəlir. Kirpiklər tökülür və konyuktivit əlamətləri olur.
Yaralı blefarit zamanı göz qapağı kənarı hissəvi və ya tam qalınlaşır, hiperemiyalaşır, kirpik kökcüklərində irinli yaralar əmələ gəlir. Bunlar sarımtraq qartmaqla örtülür, kirpiklər əyri bitir, bəzi yerlərdə tökülür, yerində rəngsiz qısa tüklər bitir.
Meybomi blefariti zamanı piy vəzilərinin iltihabı və onların disfunksiyası ilə əlaqədar olaraq baş verir. Göz qapaqlarının kənarı hiperemiyalaşır, qalınlaşır, sıxdıqda meybomi vəzilərinin axarlarından ağ rəngli piyli sekret ifraz olunur.
Səbəbləri:
Qidada vitaminlərin olmaması, infeksion xəstəliklər, həzm sistemi xəstəlikləri, həyat şəraitinin, sanıtar- gigiyenik vəziyyətin namünasıb olması xəstəliyin əmələ gəlməsində rol oynayır. Yaxındangörmə və uzaqdangörmə, xroniki infeksion konyuktivit də əhəmiyyət kəsb edir.
Simptomları
– gözlərdə qaşınma
– gözlərdə ağ pulcuqlar
– gözlərdə yorğunluq
– işığa həssaslıq
– qırmızı, şişkin göz qapaqları
– kirpiklərin tökülməsi
Siz nə edə bilərsiniz:
Şübhə olduqda okulist və terapevtə müraciət edin.
Həkim nə edə bilər:
Həkim-okulist xəstəliyin klinik formasını oftalmoskopla müayinə edərək müəyyən edir, müvafiq müalicə təyin edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Blefarit" haqqında müzakirə