SOLANİN – KARTOFLA ZƏHƏRLƏNMƏ

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 2 378
  • 0 rəy

SOLANİN – KARTOFLA ZƏHƏRLƏNMƏ.
Məişət və qida zəhərlənmələrindən hamımız bacardığımız qədər qorunuruq. Ancaq bəzi zəhərli maddələr vardır ki, biz onları bilməyərəkdən qəbul edirik. Bu maddələrdən biri solanindir. Solanin təbii zəhərdir. Hər gün yüzlərlə adam heç özü də bilmədən solanin qəbul edir ki, bu da həmin adamlarda qida zəhərlənmələrindən tutmuş, vaxtından əvvəl doğuşa qədər patoloji proseslər baş verir.
Solaninin tərkibi qlükaza və solanoiddən ibarətdir. O suda həll olmayan, amma asanlıqla spitli birləşmələrə çevrilən bir təbii zəhərdir. Bəs bu zəhərli maddəyə harda rast gəlmək olar?
Cücərmiş və ya yaşıl rəngli kartof, bir tərəfi yaşıl digər tərəfi yetişmiş badımcan və düzgün üsullarla hazırlanmamış tomatın tərkibində solanin vardır. Solanin qəbul edildikdən sonra orqanizmdə aşağıdakı əlamətlər meydana çıxır:
– ürəkbulanma
– qusma
– ishal
– boğazın tıxanması
– ürək döyünmə
– arterial təzyiqin aşağı düşməsi
– ürək tonlarının karlaşması
Solanin qəbul edildikdən 2 saat sonra qana keçir və eritrositlərin fəaliyyətini pozur. Daha sonra əzələlərdə qıcolmalar başlayır. Bütün bu əlamətlərin klinikası solaninin az və ya çox qəbul edilməsindən asılıdır.
Yaşıl rəngdə və 10 sm uzunliğunda olan 1 kartofda 0,05% solanin vardır. Yuxarıda qeyd etdiyimiz zəhərlənmə əlamətləri 20 mq solanin qəbulu zamanı baş verir.
Kartof yedikdən sonra zəhərlənmə əlamətləri qeyd olunarsa, xəstəyə təcili yardım etmək lazımdır. Xəstənin bağırsağından və qanından zəhəri xəstəxana şəraitində təmizləmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"SOLANİN – KARTOFLA ZƏHƏRLƏNMƏ" haqqında müzakirə