SONSUZ NİKAH

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 2 870
  • 0 rəy

SONSUZ NİKAH
Müntəzəm cinsi həyat keçırən və hamiləlik baş verməyən nikah sonsuz nikah adlanır. Sonsuz nikahın rast gəlmə tezliyi 30-40% arasında dəyişir. Sonsuz nikahın baş verməsində yanlız kişi və qadında olan xəstəliklər deyil, sosial problemlər də səbəbkardır. Ər və arvadın reproduktiv funksiyasının pozulması sonsuz nikahın əsas səbəblərindən biridir. Qadınlar 35-40%, kişilər isə 30-35% sağlıqlarında olan problemlərə görə sonsuz nikaha səbəb olurlar. Əgər qadın heç zaman hamilə qalmayıbsa və ya abort olunmayıbsa, belə sonsuzluq birincili sayılır.
Qadınlarda sonsuzluğa səbəb olan amillər aşağıdakılardır:
– müxtəlif ginekoloji xəstəliklər
– müxtəlif endokrinoloji xəstəliklər
– boru-peritoneal amil
– endokrin səbəblər
– psixogen amillər
Kişilərdə sonsuzluğa səbəb olan amillər aşağıdakılardır:
– sekretorpozulmalar
– ekskretor amillər
– iltihabi xəstəliklər
– inkişaf qüsurları
DİQANOZU: Qadınlarda sonsuzluğa diaqnoz qoymaq üçün səbrlə xəstəni dinləmək, hormonların normada olub – olmamasını, boruların, yumurtalıqların vəziyyətini yoxlamaq, psixogen amillərə diqqət yetirmək lazımdır. Menstural funksiyanın xarakteri də sonsuzluğa diaqnoz qoymaq üçün öyrənilməsi lazım gələn anamnezlərdən biridir. Bunlardan başqa bəzi amillərədə diqqət yetirilməlidir:
– qadının yaşına
– uşaqlıqdaxili vəziyyətinə
– cinsiyyət üzvlərini keçirmiş olduğu iltihabi xəstəliklərə
Kişilərdə sonsuzluğun baş verməsinə zərərli vərdişləri, keçirdiyi iltihabi xəstəliklər, inkişaf qüsurları, spermotogenez pozulmalar və ekskretor pozulmalardır. Kişilərdə qeyri-müəyyən sonsuzluğun tezliyi 25%-ə çatır. Kişilərin müayinəsi spermanın analizindən başlayır. Spermanın yoxlanılması zamanı eyakulyatın həcmi, onların hərəkətliliyi və morfologiyası yoxlanılır.
Psixogen amillərin sonsuzluğa səbəb olması ən çox qadınlarda baş verir. Qadını uşaq istəmək arzusu, cinsi həyatın qeyri-qənaətbəxş olması, ailədə baş verən münaqişələr ovulyasiya prosesini poza bilir.
Sonsuzluğu müalicə etmək üçün həkim qadın və kişidə olan hər bir əlamətlərə diqqət yetirməlidir. Sonsuzluğa səbəb olan amil tapımalı və bu istiqamətdə də müalicə aparılmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"SONSUZ NİKAH" haqqında müzakirə