Soyuqdəymə

  • Müəllif: elnare
  • Tarix: 9 yanvar 2017
  • Baxış sayı: 2 247
  • 0 rəy

Soyuqdəymə.
Toxumaların soyuqlaması bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bu xəstəliklərə aiddir:
– yuxarı tənəffüs yollarının kəskin patoloji prosesləri
– angina
– bronxit
– pnefmoniya
– qlomerulonefrit
– revmatizm
– nefritlər
– nevralgiya
– sistit.
Termorequlyasiya sistemi zəif olan insanda belə xəstəliklərə daha çox təsadüf edilir. Soyuqdəymə xəstəliklərinin yaranması üçün əlverişli şəraitdir. Onunla əlaqədar olan xəstəliklərin əsas səbəbləri isə patogen mikroorqanizmlərdir. Soyuğun insanın orqanizmində hansı nahiyyəyə təsir etməsi soyuqdəymə xəstəliklərinin ikişafında ikincili dərəcəli əhəmiyyət daşıyır. Məsələn, angina xəstəliyi soyuğun bilavasitə damaq badamcıqlarına təsir etməsi nəticəsində əmələ gəlir.
Soyuqdəymə xəstəliklərinin əmələ gəlməsində orqanizmin immun reaktivliyinin zəifləməsi də böyük rol oynayır. İmmun sistem zəif olduqda selikli qişalarda mikroorqanizmlər sürətlə çoxalır və patoloji dəyişikliklər əmələ gətirirlər.
Soyuqdəymənin patogenetik mexanizmi vazomator mərkəzlərin reaksiyaları ilə əlaqdardır. Bu reaksiyalar nəticəsində əvvəlcə damarların tonusu artır, sonra isə azalır. Damarların genişlənməsini həm soyuğa məruz qalan nahiyyələrdə, həm də bədənin nisbətən uzaqda yerləşən hissələrində müşahidə etmək olar. Məsələn, aşağı ətrafların və qarın nahiyyəsinin soyuması, həmin nahiyyələrin damarlarının geniuşlənməsinə səbəb olur, sonra isə tənəffüs yollarının selikli qişalarını qidalandıran damarlar genişlənir. Bu zaman həmin hissənin selikli qişasının patogen mikroblara qarşı müqaviməti azalır.
Soyuqdəymə xəstəliklərinin əmələ gəlməsində allergik reaksiyalar da rol oynayır. Bəzi insanlarda soyuğun təsirinə qarşı yüksək həssaslıq olduğuna görə, onlar havanın temperaturuna qarşı həssas olur və aşağı temperaturda tez-tez soyuqlayırlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Soyuqdəymə" haqqında müzakirə