Ölümqabağı vəziyətlər
Preaqonal vəziyyət canvermə qabağı dövr hesab edilir. Bu zaman xəstə adətən huşunu itirmir, lakin təsdricən beyin qabığının və qabıqaltı mərkəzlərin, həmçinin beyin kötüyünün vəziyyəti zəifləyir. Əvvəl taxikardiya və tezləşmiş tənəffüs, bir qədər sonra isə bradikardiya və tənəffüsün seyrəkləşməsi müşahidə edilir. Arterial təzyiq əvvəl qısa müddətdə yüksəlir, sonra isə kritik şəraitdə aşağı enir (60-80 mm.c.s). Canverməqabağı dövrün başlanğıcında xəstədə ümumi hərəki oyanıqlıq nəzərə çarpır. Onun ardsınca huş itirilir. Predaqonal vəziyyətin davametmə müddəti terminal halın inkişafına səbəb olan amildən asılıdır. Koronar qan dövranının kəskin pozğunluqları və elektrotravma nəticəsində meydana çıxın preaqonal vəziyyət qısa müddət davam etdiyi halda, qanitirmə nəticəsində yaranan terminal hallarda bu mərhələ bir-neçə saata qədər çəkir.
Preaqonal vəziyyətin ardınca terminal fasilə baş verir ki, bu dövrdə tənəffüs dayanır, ürək ritmi seyrəkləşir, koronar reflekslər itir, bəbəklər genəlir.
Terminal fasilə ilə klinik ölümün arasında olan məsafə aqoniya (canvermə) adlanır. Aqoniya halı üçün huşsuzluq və beynin bütün şöbələrinin yüksəlmiş aktivliyi xarakterikdir. Canvermənin əsas əlamətlərindən biri aqonal tənəffüsdür. Canverən şəxslərdə qısa müddət ərzində qıcolmaşəkilli dərin tənəffüs müşahidə edilir. Belə tənəffüs zamanı çox vaxt sklet əzələləri də iştirak edir. Bu zaman tənəffüs zəifləyir, sonra birdən-birə tənəffüs hərəkətləri qüvvətlənir, sonra yenidən zəifləyir. Aqonal tənəffüs normal tənəffüsdən nəfəsalmada iştirak edən əzələlərin hərəkətinə görə fərqlənir.
Aqoniyadan sonra kliniki ölüm baş verir ki, bu da qan dövranının dayanması ilə əlaqdardır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ölümqabağı vəziyətlər" haqqında müzakirə