Fimoz
MÜZLİCƏSİ: Yüngül gedişli fimozlar zamanı pülüyün xarici dəliyi genişləndirilir, onun daxili qatı antiseptiklə yuyulur, qurudulur və antiseptik məlhəm çəkilir. Genişləndirmə mümkün olmadıqda həlqəvari kəsiklə pülük dərisi götürülür və radikal cərrahi əməliyyat aparılır. Qanaxma saxlanılır, pülüyün daxili qatı ilə xarici qatı bir – birinə nazik ketqut ilə tikilir. Cərrahi əməliyyat bir yaşına qədər uşaqlarda anestiyasız, 1-7 yaşına qədər uşaqlarda narkozla, daha böyük uşaqlarda və yaşlılarda yerli novokain anesteziyası ilə aparılır.
Bəzən xəstələr pülük dərisinin xarici dəliyinin dar olduğu zaman geri çəkilir. Belə geri çəkilmiş pülük dərisi cinsiyyət orqanının başını həlqəvari sıxır. Sıxıldıqda isə cinsiyyət orqanının başında qan və limfa dövranı pozulur, o şişir və bu hal parafimoz adlanır. Xəstəlik artarsa ödem hətta cinsiyyət orqanının sıxılmasına və nekroza səbəb ola bilər. Həmçinin uretranın da sıxılması baş verdiyi üçün siyimə aktı mümkün olmur, ağrı meydana çıxır. Bu vəziyyətdə xəstəyə təcili yardım göstərmək lazımdır. Xəstəyə təcili yardım göstərmək məqsədilə ələ əlcək geyinib, pülük dərisini vazilenləyib, sonra pülük halqasını arxadan önə çəkmək lazəmdır. Pülük öz yerinə qayıtdıqdan sonra şişkinlik azalır. Pülüyün yerinə qaytarılması mümkün olmadıqda şişkinlikdən arxada dəri novakainlə anesteziya olunur, kəsik aparılaraq pülük yürinə qaytarılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Fimoz" haqqında müzakirə