Gözün görmə qabiliyyətini 10 saniyədə bərpa edən ixtira!

  • Müəllif: elnare
  • Tarix: 30 may 2017
  • Baxış sayı: 6 628
  • 0 rəy

2017-ci ildə gözün görmə qabiliyyətini 10 saniyədə bərpa etmək mümkün olacaq.

Həkim Qart Uebb gözün yaxşı görməsini bərpa etmək üçün yeni kəşfə imza atıb. O tamamilə yeni linza kəşf edib. Bu linzalar gözə implant kimi qoyulacaq və gözün görmə qüsurunu aradan qaldıracaq. Əməliyyat anesteziya edilmədən qısa bir zamanda həyata keçiriləcək. Həkim hətta əməlyyat olunacaq xəstələrin xəstəxanada yatmayacaqları haqqında da bəyanat verib.
Həkimin kəşf etdiyi bu süni linza tətbiq edilən xəstələrdə öz effektini göstərib. Onun köməyi ilə gözün görmə qabiliyyəti bərpa olunub.  Linza gözün daxilinə yerləşdirilir və kontakt linzalardan fərqli olaraq çıxarılmır. Yeni linzanın keyfiyyətinə qarantiya verilir və linza yerləşdirildikdən sonra xəstələr Snellena cədvəlində 20 nəticənin 20-i də yaxşı görürlər.
Linzanı kəşf edən həkimin sözlərinə əsasən bu gözləri zəif görən insanlar üçün çox effektlidir. Həkim onun gözə yerləşdirilməsinin də asan və linzanın təhlükəsiz oluduğunu qeyd edir. Onun söylədiklərinə görə linza gözün daxilinə yerləşdirilməsinə baxmayaraq gözün buynuz təbəqəsinə heç bir zərər vurmur. Qart Uebb kəş etdiyi eksperimentin 2017-ci ilin sonlarında bütün arzu edənlərə çata biləcəyini söyləyir. Bu bionik linzadan hələ ki, az miqdarda təcrübə üçün hazırlanıb. Mütəxəssislər bu linza sayəsində zəif görən insanların bütün problemlərinin həll olacağına inanırlar.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Gözün görmə qabiliyyətini 10 saniyədə bərpa edən ixtira!" haqqında müzakirə