AYAQLARDA SINIQLAR

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 174 887
  • 0 rəy

AYAQLARDA SINIQLAR
Ayaqlarda sınıq dedikdə ayaq sümüklərinin birində baş verən sınıqlar və ya çatlamalar nəzərdə tutulur. Sınıqlar 2 qrupa bölünür:
– açıq sınıqlar
-qapalı sınıqlar
Açıq sınıqlarda sümük sındığı zaman dərini yırtaraq xaricə çıxır. Bu cür sınıqlar daha ağır sayılır. Sümük sınıqları insanların hər yaşda rast gələ biləcəyi bir xəstəlikdir.
Sınıqların müalicəsi yaralanmanın yerindən və ağırlıq dərəcəsindən asılıdır. Ciddi sııqlar zamanı ayaq sınığının sağalması, sümüklərin uyumlu hala gəlməsi üçün aparılan əməliyyatdan asılıdır. Sınıqlar zamanı ayağa proezlərin qoyulması lazım gələ bilər. Amma yüngül sınıqlarda gips müalicəsi sınığın bitişməsi üçün kifayət edir. Hər hansı vəziyyətdə olursa olısun, sınıqlar vaxtında və tez müalicə tələb edən xəstəlikdir.
Sınıqların diaqnostikasında rentgenoloji müayinə əsas rol oynayır. Ayağa gips qoyulduqdan sonra da rentgen müayinə edilib, sınığın düzgün bitişib bitişməməsi təkrar yoxlanılır. Sınıq tam bitişdikdən sonra gips həkim tərəfindən sökülür və çox zaman fizoterapavtik müalicə təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"AYAQLARDA SINIQLAR" haqqında müzakirə