Travmatologiya nədir?

  • Müəllif: elnare
  • Tarix: 1 may 2017
  • Baxış sayı: 2 748
  • 0 rəy

 Travmatologiya nədir?

Travmatologiya tibb elminin sahələrindən biri olub travma nəticəsində əmələ gələn xəstəlikləri müaicə edir. Bu xəstəliklərə travma nəticəsində əzələ və sümük toxumasında baş verən xəstəliklər aiddir. Travmatologiyanın müalicə etdiyi xəstəliklərə yaralanmalar, sınıqlar, çıxıqlar, yanıqlar, əzilmələr və s. aiddir. Travmatologiya sahəsi təcili yardım tələb edən bir sahədir. Belə ki, travma səbəbindən əmələ gələn xəstəliklərin əksəriyyətinə təcili yardım etmək lazım gəlir.  

Travmatologiya sahəsi sümük və qığırdaq toxumasının müxtəlif xəstəlikləri ilə də məşğul olur. Travmatologiyanın bu bölməsi ortopediya adlanır.

Travma səbəbli əmələ gələn xəstəliklər dərmanla və ya cərrahi yolla müalicə edilir. Bu sahənin çərin və təcili yardım tələb edən tibb sahəsi olduğuna görə bu sahədə xüsusi olaraq ixtisaslaşmış həkimlər işləyir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Travmatologiya nədir?" haqqında müzakirə