Pemfiqus


Baxış sayı: 515 200     Bölmə: Məqalələr / Xəstəliklər / İmmunitet

Pemfiqus.
Pemfiqus dərinin və dərialtı selikli qişanın zədələnməsi ilə müşayiət olunan autoimmun xəstəlikdir. Xəstəliyə nadir hallarda rast gəlinir və ağır xəstəlik hesab olunur.
Pemfiqus xəstəliyi özünü dəridə qabarcıqların olması ilə biruzə verir. Mütəxəssislər xəstəliyin əmələ gəlməsində genetik dəri xəstəliklərinin olmasını, immun sistemin aşağı olduğu zaman ekzogen faktorların təsirinin olmasını qeyd edirlər. Hətta mütəxəssislər uzun müddət revmatoid artritdən, sklerodermiyadan, təzyiq xəstəliyindən və s. xəstəliklər zaman bəzi dərmanların uzun müddətli qəbulunun da dəridə selikli qişa xəstəliklərini əmələ gəlməsinə səbəb olduğunu deyirlər. Xəstəliyin bir-neçə formaları ayırd edilir. Dəridə əmələ gələn patologiyaların görünüşünə görə xəstəliyin formaları bir-birindən fərqlənir. Dəridəki yaralar adi qabarcıqlar, yayılmıq yarpaq şəkilli qabarcıqlar və yaralar şəklində müşahidə edilir. Pemfiqusun ən çox rast gəlinən forması tək şəklində qabarcıqlar olan formasıdır. Qabarcıqlar bir-birindən uzaq və ya yaxın məsafələrdə ola bilir. Xəstəliyin əlamətləri yaralı dermatitin və
impetiqo xəstəliyinin əlamətlərinə bənzəyir. Pemfiqusun qabarcıqları açıq-qırmızı rəngdə, daxilində eksudativ maye ilə dolu olur.
Xəstəlik əmələ gəldiyi ilkin dövrlərdə qabarcıqlar təhlükəsiz görünür. Hətta kortikosteroid müalicəsindən sonra sağalmağa da başlayırlar, amma bu aldadıcı əlamət olur. Tibbdə tək bir qabarcığın uzun müddət sağalmayaraq iri və dərin yaraya çevrildiyinə rast gəlinmişdir. Hətta heç bir patoloji əlamət verməyən tək bir qabarcıq qəfildən artıb çoxalmış və atipik struktura çevrilmişdir. Xəstəliyə diaqnoz qoymaq çətinlik törədir. Pemfiqusun digər dəri xətəliklərinə çox oxşamağı diaqnozun qoyuluşunda həkimləri çaşdıra bilir. Çünki dəridə qabarcıqlarla həkimə müraciət edən xəstələri immun və autoimmun müayinələrdən keçirmək lazımdır. Xəstəliyə bütün yaş qrupunda olan adamlarda rast gəlinir. Pemfiqus qabarcıqları uşaqların ən çox ağız boşluğu ətrafında əmələ gəlir. Uşaqlarda ən çox xəstəliyin adi formasına rast gəlinir.
Xəstəliyə diaqnoz qoymaq üçün autoimmun, immun müayinələr və qabarcıq mayesinin histoloji müayinəsi əsas götürülür.
Xəstəyə güclü kortikosteroidlər, prednizalon və s.təyin edilir. Bol vitaminli və keyfiyyətli qidalanma məsləhət görülür.
Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda ölümlə nəticələnə bilir.
скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.