Simptomatik arterial hipertoniyalar

  • Müəllif: redaktr
  • Tarix: 19 fevral 2017
  • Baxış sayı: 3 069
  • 0 rəy

Simptomatik arterial hipertoniyalar
Müxtəlif xəstəliklərin əlaməti kimi meydana çıxan arterial təzyiq və ya hipertoniyalar simptomatik adlanır.Yəni arterial təzyiq özü sərbəst xəstəlik kimi yox,başqa bir xəstəliyin əlaməti kimi meydana çıxır.
Simptomatik hipertoniyanın əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilir:
- hormonal vasitələr
- kortikosteroidlər
- iltihab əleyhinə qeyri-steroid preparatlar
- böyrək xəstəlikləri
- endokrin xəstəliklər
- beyin qatının zədələnmələri
- bədxassəli şişlər
- duzun birincili ləngiməsi
- nevroloji xəstəliklər
- ensefalitlər
- qurğuşunla zəhərlənmələr
- beyin şişləri
- cərrahi müdaxilələrlə əlaqədar olaraq meydana gələn arterial təzyiq
Simptomatik hipertoniyanın inkişaf etməsinin hər bir xəstəlik üçün fərqli cəhətləri mövcuddur.Bu zaman təzyiqin xüsusiyyəti xəstəliyin inkişafının xarakterindən və xüsusiyyərlərindən asılı olur.Yəni təzyiqin yüksəlməsi orqanizmdə baş verən xəstəliyin əmələ gətirdiyi patolojiyaların dərəcəsindən asılı olur.
Arterial təzyiqin yüksəlməsi baş ağrıları,baş gicəllənmə,gözün qarşısında ləkələrin olması,qulaqlarda küyün olmas,ürək nahiyəsində müxtəlif xarakterli ağrıların olması və digər subyektiv əlamətlərlə özünü göstərir.Bu zaman göz dibində patoloji dəyişikliklər baş verir.
Simptomatik arterial təzyiq zamanı təzyiqi aşağı salan dərman preparatlarının xəstəyə köməyi çox az olur.Belə ki,bu zaman təzyiqi aşağı salmaq üçün onu törədən səbəbləri aradan qaldırmaq lazım gəlir.
Gedişinə görə simptomatik arterial təzyiq xoşxassəli və bədxassəli olur.Bədxassəli təzyiq xəstələrin 30%-ində rast gəlinir.Onun xarakterik əlaməti ölçülərindən asılı olmayaraq təzyiqin kəskin və davamlı yüksək olmasıdır.Bu cür bədxassəli təzyiq bir müddət sonra aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb olur:
- ağır retinopatiya
- böyrək çatışmazlığı
- müxtəlif ürək xəstəlikləri
- insult
Bədxassəli marterial təzyiq zamanı təzyiqin diastolik səviyyəsi 130-140 mm civə sütunundan yuxarı olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Simptomatik arterial hipertoniyalar" haqqında müzakirə