Ağciyərə su toplanması
- Müəllif: sahane
- Tarix: 25 yanvar 2018
- Baxış sayı: 12 514
- 0 rəy
Ağciyər şişi qan damarlarındakı mayenin ağciyərə daxil olması və ağciyər qaz mübadiləsini ciddi şəkildə pozmasıdır.
Ciddi tibbi müalicə tələb edən ağciyər şişin tez-tez təsadüf edilən səbəbləri ürəklə bağlı olan problemlərdir (kardiotonik çatışmazlığı, artmiya, qapaq funksiya pozğunluqları və s). Bununla yanaşı digər bəzi hallar da mayenin toplanmasına səbəb ola bilər. Buna qaraciyər və böyrək xəstəlikləri səbəbiylə yaranan zülal çatışmazlığı, allergiyalar və zəhərlənmələr, yüksəklikdən aşağı çox sürətli enmək və s. daxildir. Ağciyər şişin müxtəlif mərhələləri mövcuddur.
Birinci mərhələdə öskürək və sürətli nəfəs almaq kimi problemlər baş verə bilər.
İkinci mərhələdə su alveolaya daxil olaraq ağciyərə yayılır. Bu hal irəlilədikcə boğulma simptomları başlayır. Əgər ciddi yanaşılmasa artıq dilin rəngi maviyə çevriləcək.
Qeyd edək ki, ağciyər şişi sürətlə irəliləyə bildiyi üçün dərhal müalicə tələb edir. Xəstələr daha çox oturmalı və ayaqlarını aşağıya doğru sallandırmalıdırlar. Oksigen ilə təmin edilməlidirlər. Xəstəliyin müalicəsi xəstəliyin hansı səbəbdən yarandığından asılı olaraq dəyişir. Bu tip xəstələr adətən xəstəxana ortamında müalicə edilməlidirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ağciyərə su toplanması" haqqında müzakirə