Tənəffüs sistemi nədir?

  • Müəllif: elnare
  • Tarix: 30 aprel 2017
  • Baxış sayı: 4 527
  • 0 rəy

 Tənəffüs sistemi nədir?
Tənəffüs sistemi orqanzmin tənəffüs sistemində inkişaf etdiyi orqanlar sistemidir. Tənəffüs sistemində bir çox struktur və funksional komponentlər iştirak edir. Bu komponentlərə ağciyərlər,burun , udlaq, sinuslar, döş qəfəsi skleti və əzələləri, plevra, diafraqma, tənəffüsü requlyasiya edən serebral mərkəz və ürək-qan damar sistemi aiddir.
Hava əvvəlcə burun boşluğundan burun-udlağa, sonra qırtlağa, oradan traxeyaya keçir. Xaricdəki hava soyuq olduqda isə hava axını traxeyaya çatana qədər bu yollarda nisbətən isinir.
Tənəffüs sisteminin əsas fəaiyyəti havanı orqanizmə daxil edib, filtirasiya etdikdən sonra oksigeni orqan və toxumalara çatdırmaqdan ibarətdir. Tənəfüs sistemi dedikdə isə əsasən ağ ciyərlərin fəaliyyəti nəzərdə tutulur. Ağ ciyərlər orqanizmdə oksigen və karbon qazının ventilyasiyasını təmin edir. Bu ventilyasiyanın pozulması isə insan orqanizmində ciddi xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Çünki, ağ ciyərlər orqanizmdə bütün orqan və sistemlərin həyati proseslərində iştirak edir. Ağ ciyətlərin tənəffüs sistemində normal iştirakı isə oksigen-karbon qazı mübadiləsini və turşu-qələvi hemostazı üçün vacibdir.
Tənəıffüs sistemi xətəlikləri dedikdə isə tənəffüs sisteminin fəaliyyətində iştirak edən orqanlrda baş verən xəstəliklər nəzərədə tutulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Tənəffüs sistemi nədir?" haqqında müzakirə