Kofenin bilmədiyiniz faydaları

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 43 266
  • 0 rəy

Kofe,diabet,miqren və arterial təzyiq
Kofe vətəni Həbəşistanda yetişən kofe ağacının meyvəsinin qovrularaq toz halına salınaraq dəmlənməsindən əldə edilən içkidir.Bu içkidən ilk dəfə ərəblər istifadə etməyə başlaməşdır.Kofe su və südlə dəmlərir və bütün dünyada içilir.Kofe müasir günümüzdə ən çox qəbul edilən içkilər siyahısındadır.
Kofenin tərkibində kofein olduğuna görə bəzi xəstəliklərə qarşı qoruyucu funksiyanı yerinə yetirməklə bərabər,bəzi patologiyalara səbəb ola bilir.Bu da çox miqdarda kofe qəbul edənlərdə özünü fiziki və psixoloji təsirlərlə göstərir.
Kofe insana diqqətini toplamqda yardım edir,baş ağrısını zəiflədir.Bəzi hallarda isə aşağıdakı patologiyalara səbəb olur.
Kofe və ürək
Gün ərzində 2 fican kofe içmək ürəyi bəzi xəstəliklərdən qoruyur,amma çox qəbul edildikdə ürək döyüntülərinin artmasına səbəb olur.
Kofe və 2 tip şəkərli diabet
Bəzi araşdırmalar 4 fincan şəkərsiz kofe içməyin 2 tip insulinə bağlı olmayan şəkər xəstəliyinə yaxalanma riskinin azaltdığını göstərir.Bunu əmələ gətirən səbəb kofenin tərkibində olan minerallardır.
Kove və su
Kofe orqanizmdən artıq suyun çıxarılmasına səbəb olur.Bu səbəbdən də kofenin çəkini azaltması barədə düşüncələr var.Bu fikirlər kofenin sidikqovucu təsirə malik olmasından qaynaqlanır.
Kofe və miqren
Baş ağrıları aşağı təzyiqin olması səbəbindən əmələ gəldikdə kofe ağrını aradan qaldırır.Ancaq baş ağrıları miqren səbəbli olduqda kofe ağrıların artmasına səbəb olur.
Kofe və mədə xəstəlikləri
Kofe mədənin turşuluğunu artırır,qastrit,reflyuks kimi xəstəliklərin əlamətlərin artmasına səbəb olur.Ən çox da südsüz və tünd kofe mədə narahatçılıqlarını artırır.
Kofe və yumurtalıqlar
Gün ərzində bir-neçə fincan kofe içən kişilərin spermalarının sayı və sürəti çoxalır.Amma,kofedən çox istifadə etmək qadınların yumurtalıqlarının funksiyasını azaldır.Çoxlu miqfar kofein qadının hamilə qalmaq qabiliyyətini azaldır.Mütəxəssisslər süd əmizdirən qadınlara gün ərzində 300 mq-dan artıq kofe qəbul etməyi məsləhət bilmir.
Kofe və arterial təzyiq
Gün ərzində 5 fincandan artıq kofe içmək qan təzyiqinin yüksəlməsinə səbəb olan amillrdən biri sayılır.Bu xüsusiyyətinə görə təzyiqi olan xəstələrə kofe içmək məsləhət edilmir.Bu onlarda beyin qanamasına və iflicə səbəb ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kofenin bilmədiyiniz faydaları" haqqında müzakirə