Aybaşı zamanı ağrılar

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 11 376
  • 0 rəy

Aybaşı zamanı ağrılar.
Alqodismenoriya – ağrılı aybaşı deməkdir.
Adətən aybaşı qanaxmlarının başlanğıcı ağrılarla müşayət olunur, bütün aybaşı zamanı isə qismən az ağrılar baş verir. Ağrılı aybaşının baş verməsinə aşağıdakılar səbəb ola bilir:
– cinsiyyət orqanlarının inkişafdan qalması
– uşaqlığın qeyri-düzgün yerləşməsi
– endometrioz
– daxili cinsiyyət orqanlarının iltihabi xəstəlikləri.
Ağrılı aybaşı zamanı ağrılar qarın nahiyəsində, qarının dibində, bəzən də bud əzələlərində olur. Ağrılı aybaşı keçirən qadınlar adətən aybaşıdan bir-neçə gün qabaq hətta bel nahiyələrində də ağrı olduğundan şikayətlənirlər. Ağrının şiddəti bəzən o həddə çatır ki, şikayətçi ağrıkəsicilər qəbul etməyə məcbur qalır.
Aybaşı uşaqlıq və yumurtalıqlarda heç bir patoloji dəyişikliyə olmadan da ağrılarla müşayət oluna bilər. Amma hər iki halda ginekoloqla məsləhətləşməyiniz vacibdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aybaşı zamanı ağrılar" haqqında müzakirə