Baş beyinin şişlərində ümümbeyin əlamətləri

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 2 523
  • 0 rəy

Baş beyinin şişlərində ümümbeyin əlamətləri
Arxa kəllə çuxurunun,beyin mədəciklərinin şişləri zamanı kəllədaxili təzyiqin yüksəlməsi,gicgah payının şişlərində likvor dövranının pozulması müşahidə edilir.
1 Ümumbeyin əlamətlərinin ilkin göstəricisi başağrısıdır.Başağrısı beyin şişlərinin ilkin əlamətlərindən olub,kəllədaxili təzyiqin olması isə əlaqələndirilir.Beyin şişləri zamanı ağrının lokalizasiyası olmaya bilər.Çünki,baş ağrıları üçlü,azan və dil-udlaq sinirləri ilə innervasiya olan beyinin sərt qişasının və damar divarının qıcıqlanması nəticəsində də baş verə bilir.Bundan başqa baş ağrıları sümüklərin diploik damarlarında venoz qan dövranının pozulması nəticəsində də əmələ gələ bilir.Beyin şişləri zamanı kəllədaxili təzyiq sindromu üçün ağrıların səhərlər olması xarakterik sayılır.Getdikcə ağrılar güclənir,daimi olur.Ağrıların başın hansısa bir hissəsində olması şişin həmin tərəfdə olmasını bildirir.
2 Kəllədaxili təzyiqin yüksəlməsinin xarakterik əlıamətlərindən biri qusmadır.Qusma çox vaxt baş ağrısının güclü olduğu vaxtlarda və dəfələrlə olur.
3 Ümumbeyin əlamətlərindən biri də görmə sinirinin məməciyində durğunluq əlamətlərinin olmasıdır.Bu hal gərginlik və fiziki iş zamanı daha da artır.
4 Epileptik tutmalar ümumbeyin əlaməti olub şişin yerləşdiyi yerdən asılı olur.
5 Süstlük,əzginlik,yaddaşın zəifləməsi,əmək qabiliyyətinin aşağı düşməsi,əsəbilik kimi psixi pozulmalar ümumbeyin əlaməti olub kəllədaxili təzyiqin yüksəlməsi səbəbindən yarana bilir.
6 Başgicəllənməsi labirintdə gedən durğunluq prosesinin nəticəsi olaraq özünü biruzə verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Baş beyinin şişlərində ümümbeyin əlamətləri" haqqında müzakirə