Bizim qiymətləndirmədiyimiz bir şey auksionda 14 600 dollara satıldı. Şok!!

  • Müəllif: elnare
  • Tarix: 15 aprel 2017
  • Baxış sayı: 5 458
  • 0 rəy

Bizim qiymətləndirmədiyimiz bir şey auksionda 14 600 dollara satıldı. Şok!!

Kif göbələyi auksionda 14600 dollara satıldı. Səbəbi isə ilk antibiotikin hazırlanması zamanı istfadə olunmasıdır. Pensillinin kəşfi....

Penissillini ixtiraçısı Aıeksadr Fleminqin bu ixtira zamanı istifadə etdiyi kif göbələyi London auksionunda 14 617 dollara satılıb. Bu satış barədə bütün dünyanın məlumatı var. Adi hesab edilən kif göbələyinin belə baha saılmasının səbəbi isə onun dünyada analoqunun olmamasıdır.  
Britaniyalı bioloq Aleksandr Fleminq stafilokokklar barədə araşdrımalar apararkən təsadüfən onların kif göbələkləri tərəfindən dəyişməsini görmüşdür. Bioloq kif göbələklərini ilə maraqlanarkən patogen mikrobların onlar tərəfindən məhv edildiyinin şahidi olmuşdur. Bu zaman dünyada hamımızın tanıdığı ilk antibiotik-Penisillinum Clrysogenum meydana gəlib. Penisillinin kəşfi 1928-ci ildə baş verib, amma tibbdə onun tətbiqi 1945-ci ildən başlayıb. Bu kəşf tibbdə yeni eranın başlanğıcı hesab edilir. Çünki, pensillinin kəşfi milyonlarca insanın həyatını ölümdən xilas etdi. Bu müddətə kimi əməliyyatlarda sonra əksər xəstələr qızdırma səbəbindən ölürlərmiş. Bu kəşf üzrəində işləyən Boris Çeyn və Hovard Ueltor Rlori isə 1945-ci ildə tibb sahəsi üzrə Nobel mükafatı almışıar.  
Auksionda satılan kif göbələyi Petra fincanında satılıb. O 90 illik yaşa malik olub, şəxsən Fleminq tərəfindən oraya qoyulmuşdur. Kif göbələyini saxlanılmış şüşə qabın üstündə isə Aleksadr Fleminqin öz xətti ilə yazılmış “Bu kif göbələyindən pensillin hazırlanmışdır” sözləri qeryd edilmişdir.
Bu suvernir alimin adı açqlanmayan qohumları tərəfindən saxanılmışdır. Bu barədə auksion evinin direktoru Metyu Heyli məlumat verib. O məlumat verərkən Fleminqin suvenir yığmağı və tanışlarına hədiyyə verməyi xoşladığını da qeyd etmişdir. Fleminqin hədiyyə verdiyi adamların içərisində Uinston Çerçill, Aktrisa Marlen Ditrix, Rut Dreyper, Papa Piy XII və Fleminqin qonşuları da var. Fleminqin laboratoriya-muzeyində belə suvenirlərin saxlanılması barədə məlumatlar var.
2016-cı ildə buna bənzər suvenir auksionda 46250 dollara satılmıdır. O zaman auksionda İssak Nyutonun “ Natural filasofiyada ibtidai riyaziyyat” kitabı satılmışdır. Kitab 1687-ci ildə yazılmış, 2016-cı ildə isə 3 719 500 dollara satılmışdır. Auksionlarda bu cür satışların baş verməsi təəccüblü deyil. 2014-cü ildə DNT-nin açıqlamasını verən Ceyms Uilson öz Nobel mükafatını satmışdır. Rusiyalı biznesmen Alişer Usmanov isə həmin mükafatı 4,1 milyon dollarda alıb sahibinə qaytarmışdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bizim qiymətləndirmədiyimiz bir şey auksionda 14 600 dollara satıldı. Şok!!" haqqında müzakirə