Dodaqlardakı herpesin (uçuqlamanın) ən ucuz vasitə ilə müalicə edildiyini bilirdinizmi?

  • Müəllif: elnare
  • Tarix: 7 aprel 2017
  • Baxış sayı: 19 420
  • 0 rəy

Dodaqlardakı herpesin(uçuqlamanın) ən ucuz vasitə ilə müalicə edildiyini bilirdinizmi?

Soyuqladıqda, həyəcanlandıqda, qorxduqda bəzən dodaqlarımızda uçuqlamalar (herpes)əmələ gəlir. Bunun səbəbi isə bizim orqanizmimizdə yaşayan herpes virusudur. Bu virus özünü dəri reaksiyaları ilə bildirir. Herprsin əmələ gətirdiyi dəri patologiyası ağrılı olmaqla yanaşı bəzən içərisi maye ilə dolu olur və artıb çoxalma qabiliyyətinə malikdir.

Herpesin asan yollarla əlamətlərini azaltmaq və qısa bir zamanda sağaltmağın üsulları aşağıdakılardır:

1. Hidrogen perekis

Dodaqlarınızda herpesin əlamtləri görünən kimi hər 2-3 saatdan sonra yara nahiyəsini perekislə yandırın. Pambığı perekisdə isladın və yaranın üstünə sıxaraq damızdırın. Bu yaranın ağrımasına səbəb ola bilər, amma çox faydalıdır.

2. 95%-li tibbi spirt

Dərinizdə herpesin əmələ gəlməsinin ilkin əlamtlərindən biri qaşınmadır. Herpes səbəbli qaşınma meydana çıxdıqda həmin nahiyəyə tibbi spirt sürtün. Xəstəliyin əlamətləri meydana çıxan kimi yaraya spirt sürtsəniz herpes 3-4 günə sağalacaq. Geciksəniz isə herpesin sağalması 7-10 gün vaxt aparacaq və ağrılı olacaq.

3. Arı südü

Herpesin əlamətlərini hiss edən kimi xəstə nahiyəyə arı südü sürtüldükdə, yara dezinfekdiya edilir və qısa zamanda sağalır.
Yuxarında adları çəkilən dərmanlar yaranı dezinfeksiya edib sağaltsalar da yara yeri quruyub ağrıya bilr. Bunun baş verməməsi üçün qurumuş nahiyəyə təbii yumşaldıcıdan itifadə edə bilərsiniz.

4. Buz

Buzu herpes əmələ glən nahiyəyə qoyduqda yaranın inkişafı dayanır və əlamətlər aradan qalxır. Tez-tez buz qoymaq isə infeksiya əlamətlərinin qısa bir zamanda aradan qalxmasına səbəb olur.

5. Karvalol, valokardin

Bu dərmanlardan əsasən ürək xəsrəliklərində itifadə edilir. Onları herpes olan nahiyəyə sürtdükdə isə 24 saat müddətində yara sağalır.

6. Mentollu diş pastası

Tərkibində tünd mentol birləşmələri olan diş pastasından az miqdar herpes olan nahiyəyə sürtdükdə yara tez bir zamanda sağalır.

7. Süd   

Yağlılığı 1,5% olan südə pambıq batırıb herpes yarasının üzərinə qoyub saxladıqda yara qısa zamanda sağalır. Müalicənin effektli olması üçün onu 2 saatdan bir təkrarlamaq lazımdır.

8. Nanəli efir yağı

Nanəli efir yağının gözəl ətri onun xoşluqla yaraya sürtülməsinə səbəb olur. Gün ərzində 3 dəfə bu yağı yaraya sürtmək qısa bir zamanda herpesin sağalmasın səbəb olur.

9. Sarımsaq

Sarımsağı eninə kəsib herpes olan nahiyəyə qoymaq yaradakı infeksiyaların məhv olmasın səbəb olur və herpes qısa bir zamanda sağalır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dodaqlardakı herpesin (uçuqlamanın) ən ucuz vasitə ilə müalicə edildiyini bilirdinizmi?" haqqında müzakirə