Sarıkökün bilmdəyiniz faydaları
Sarıkökün tərkibində olan kalsium, fosfor, yod, C, B1, B2, B3 vitaminləri orqanizmi möhkəmləndirməklə yanaşı bir çox xəstəliklərdən də xilas edir. Hətta sarıkök tərkibi etibarı ilə xərçəng hüceyrələrinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Sarıkök ən çox xroniki xəstəliklər zamanı orqanizmə faydalıdır.
Sarıkök qanı təmizləyir, qan dövranını yaxşılaşdırır, yeni qan hüceyrələrinin əmələ gəlmə prosesini stimullaşdırır. Sarıkök orqanizmdən toksinlərin xaric olmasına səbəb olur. Sarıkök dəridəki sıyrıq və yaraları tez bir zamanda sağalmasına səbəb olur, dərinin rəngini şəffaflaşdırır. Sarıkökdən hazırlanmış maska sayəsində dəridə olan çapıq izlərini də təmizləmək mümkün olur. Dəridə əmələ gələn ləkələrdən də sarıkök maskası sayəsində xilas olmaq mümkündür. Bunun üçün aşağıdakıları etmək lazımdır:
2 xörək qaşığı üz təmizləyicisinin üzərinə 1/4 qaşıq sarıkök əlavə edilib qarışdırılır. Qarışımın 3/4 hissəsi dərin qaba tökülür və üzərinə az miqdarda distillə edilmiş su və bir-neçə damcı lavanda yağı əlavə edilir. Əldə edilən məhlul ağzı qapalı şəkildə soyuducuda saxlanılır. Bu maska yağlı dəribə 10-15 dəqiqə saxlanılır, sonra ilıq su ilə yuyulur.
Dərini cavanlaşdırmaq üçün sarıkök maskası
1 çay qaşığı sarıkök, 1 çay qaşığı qaymaq, 1 çay qaşığı bal qarışdırılır. Qarışım üzə sürtülür və 10-30 dəqiqə sonra yuyulur. Bu maska gün aşırı təkrarlanmalıdır. Maskanın üz dərisini necə təmizlədiyi və qidalandırdığını 3-4 maska etdikdən sonra aydın görmək olur. Sarıkökdən hazırlanan maskalar üz dərisini cavanlaşdırmaqla yanaşı dərinin rəngini də şəffaflaşdırır.
Az miqdar qaymağa qatılmış karıköklə hazılanmış təpitmə isə dərini qidalandırır və dəri məsamələrini açır. Bu maskanı üzdə ən azı 30 dəqiqə saxlamaq lazımdır ki, dəri yaxşı qidalanaraq qarışımın tərkibində olan vitaminləri canına çəksin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sarıkökün bilmdəyiniz faydaları" haqqında müzakirə