Kofe haqqında xoşagəlməz faktlar

  • Müəllif: elnare
  • Tarix: 5 yanvar 2017
  • Baxış sayı: 4 894
  • 0 rəy

Kofe haqqında xoşagəlməz faktlar
Çoxları səhər süfrəsində kofe içməyi xoşlayır,çünki,kofe insanın yuxusunu qaçırır və bu da işə açıq beyinlə işə başlamamıza səbəb olur.Hətta bəzən bir fincan kofenin bizə verdiyi gümrahlıqdan ləzzət alırıq.Alimlər kofe haqqında araşdırmalar aparıb və aşağıdakı nəticəyə gəliblər.
1. Az miqdar kofe qəbulu orqanizm üçün faydalıdır. Kofe fiziki aktivliyi artırır, yuxusuzlığu və yorğunluğu aradan qaldırır. Gün ərzində bir-neçə fincan kofe içmək isə qanda yuxu hormonunun əmələ gəlməsini azaldır. Ona görə də kofeni az içməkdə fayda var.
2. Normadan artıq kofe içmək orqanizm üçün zərərlidir. Belə ki, kofein sinir hüceyrələrinin funksiyasını korlayır. Uzun müddət kofe içildikdə oyanıqlıq, əsəbilik və depressiya əlamətləri meydana çıxa bilir.
3. Alimlər heç kimə kofe aludəçisi olmağı məsləhət görmürlər. Onlar yatmazdan əvvəl kofe içməyin yuxu sistemində pozğunluqlar yaradacağını söyləyirlər. Gün ərzində ən sonuncu kofe qəbulunun yatmazdan 2 saat əvvəl olmasını məsləhət görürlər.
4. Heç vaxt uşaqlara kofe verməyin, çünki kofe uşaq orqanizminə zərər verir. Kofe uşaqlarda ürəkdöyünməni artırır və uşağın aktivliyini artırır. Kofe içən uşaqlarda həddindən artıq oyanıqlıq və emosiyalarında gərginlik müşahidə edilir. Onlarda ya həddindən artıq şənlənmə və ya əskinə kefsizlik müşahidə edilir.
5. Kofe əzələlərin fəaliyyətini nəbzi, ürəkdöyünməni artırmaqla yanaşı arterial təzyiqi də artırır. Alimlərin araşdırmaları gün ərzində 6 stəkan kofe içən adamlarda ürək-damar sistemi xəstəliklərinin, digər adamlara nisbətən 71% çox rast gəldiyini təsdiqləmişlər. Ürəyində xəstəlik olan insanlar kofe içməyin zərərli olduğunu aparılan araşdırmalar təsdiq etmişdir.
6. Araşdırmaları aparan alımlər insanlara nə qədər çox kofe içirlərsə, bir o qədər də su içmələrini məsləhət görürlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kofe haqqında xoşagəlməz faktlar" haqqında müzakirə