Həzm sistemi nədir?

  • Müəllif: elnare
  • Tarix: 16 aprel 2017
  • Baxış sayı: 8 675
  • 0 rəy

Həzm sistemi nədir?

Həzm sistemi dedikdə qidanın ağız boşluğundan daxil olmasından başlayaraq həzm edilməsi, bağırsaqlardan sorulması və lazım olmayan qidaların xaric edilməsində iştirak edən prosesor nəzərdə tutulur. Bu prosesdə iştirak edən orqanlar isə həzm sistemi orqanları sayılır.

İnsanın həzm kanalı 8-10 metr uzunluğunda olur və bir-neçə hissəyə bölünür. Həzm prosesində ağız boşluğu, dil, udlaq, mədə, nazik və yoğun bağırsaq, qara ciyəır, öd kisəsi, mədəaltı vəz, düz bağırsaq daxildir.
Həzm sisteminin işi ağız boşluğundan başlayır. Qida ağız boşluğuna daxil olur, orada çeynənir və mədəyə düşür. Burada çeynənmiş qidanın üstünə öd və müxtəlif mədə şirələri əlavə olunur. Sonra qida mədədən onikibarmaq bağırsağa, oradan da nazik bağırsaqlara ötürülür. Nazik bağırsaqlarda həzm bir-biri lə əlaqəli olan 3 mərhələdə gedir. Nazik bağırsaqda qidanın üzərinə nazik bağırsaq şirəsi əlavə olunaraq həzm davam etdirilir. Həzmin sonrakı fəaliyyəti yoğun bağırsaqlarda davam edir. Yoğun bağırsaqda gün ərzində 1 litrə qədər suyun və mineral maddələrin qana sorulması prosesi baş verir. Yoğun bağırsaqlarda həzmin baş verməsinə mikoorqanizmlər və bağırsaq çöpləri səbəb olur. Yoğun bağırsaq həll olmayan qida qalıqlarını parçalayır, K və B vitaminləri sintez edir. Yoğun bağırsaq lazımsız qida qarıqlarını düz bağırsaq vasitəsilə xaric edir.  
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Həzm sistemi nədir?" haqqında müzakirə