Ayaqlarda ağrılar bizə nələr deyir?
Ayaqlarda baş verən ağrılar orqanizmdə baş verən ağrılar içərisində baş ağrılarından sonra ikinci yerdə durur. Ayaq ağrılarının əsas səbəbləri aşağıdakılardır:
– müxtəlif travmalar
– arterozlar
– artritlər.
Ayaqlarda baş verən ağrılar onun funksiyasında pozğunluqların olmasının bildirir. Ayaqların funksiyasında baş verən pozulmalar ayaqlarda hərəkət pozğunluqlarından tutmuş, əlilliyə qədər gətirib çıxara bilir.
Yer kürəsi əhalisinin 90%-inin 65 yaşdan yuxarı ayaqlarında ağrılar meydana çıxır. İnsanlar yaşlandıqca oseoparozin meydana çıxması ayaqlarda ağrıların əmələ gəlməsinə səbəb ola bilir. Revmatoid artrit və podaqra səbəbli ayaqlarda baş verən ağrılar isə yer kürəsinin 1% əhalisində rast gəlinir.
Ayaqlarda ağrıların baş verməsinə fiziki hərəkətlər də səbəb ola bilir.
Ayaqlarda ağrılar kəskin başlayıb qısa müddətli ola bilir. Bəzən isə ağrılar uzun müddətli xarakter daşıyıb, xəstəni aylarla və hətta illərlə də üzə bilir. Ağrının baş verməsi ayağın xəstəliyinin növündən və xəstəliyin dərəcəsindən asılıdır.
Adətən ayaqlarda olan ağrılar küt və üzücü olur. Artit və artrozlara xas olan ağrı xəstənin narahatlığına səbəb ola bilir. Uzun müddət baş verən ağrılar ayaqların gücünün zəifləməsinə səbəb ola bilir.
Ayaqlarda olan ağrıları müalicə etmək üçün onu əmələ gətirən səbəbləri aradan qaldırmaq lazımdır.
Əgər ayaqlarda ağrılarla yanaşı şişkinlik, temperaturun qalxması və qızartılar meydana çıxarsa, bu ayaqlarda iltihabi xəstəliklərin olmasını bildirir.
Əgər ağrılar uzun müddət davam etməklə yanaşı ayaqlarda deformasiyaya səbəb olmuşsa, artrozun olması şübhəsi var.
Ayaqlarda baş verən ağrıların əmələ gəlmə səbəbi təyin edilməli, diaqnoz diqqətlə araşdırılmalı və xəstəyə vaxtında müalicə başlanarsa, əlamətlər aradan qalxa bilər.
Tibbi xəstəliklərin klinikalarında bəzən xəstəliyə diaqnoz qoymaq üçün kompleks müayinələrdən keçmək lazım gəlir. Bu diaqnozun tam dəqiq olmasina imkan yaradır. Ayaqda baş verən ağrıların səbəbinin bilinməsi də bu cür xəstəliklərdən hesab edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ayaqlarda ağrılar bizə nələr deyir?" haqqında müzakirə