B6 vitamini çatışmazlığı

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 7 283
  • 0 rəy

B6 (pridoksin hidroxlorid) vitamini çatışmazlığı özünü dəridə, ağız boşluğunun selikli qişasında və mərkəzi sinir sistemində baş verən xəstəliklərlə biruzə verir. Çatışmazlıq adətən ikincili olaraq baş verir. Adətən B6 çatışmazlığı hamilələrdə, xroniki spirtli içki qəbul edənlərdə, polinevritdə, Parkinson xəstəliyində, epilepsiyada, yaralı dermatitidə, anemiyalarda, revmatizma xəstəliyində, xroniki hepatit zamanı daha qabarıq hiss olunur. B6 vitamini fermentlərin, aminturşuların mübadiləsində, histamin mübadiləsində, yağ mübadiləsində yaxından iştirak edir. B6 vitamininin çatışmazlığı orqanizmin arıqlamasına, mərkəzi sinir sisteminin zəifləməsinə səbəb olur. Bundan əlavə B6 triptofanın nikotin turşusuna çevrilməsi prosesini ləngidir ki, bu da pellaqro xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. B6 vitaminin çatışmamazlığının hansı səbəblərdən əmələ gəlməsi tibb elminə məlum deyil.
Pridoksin hidroxloridin çatışmazlığı özünü dəri xəstəliklərində daha çox göstərir. O aşağıdakı xəstəliklərin əmələ gəlməsində birbaşa rol oynayır:
– dermatit
– yaralı dermatit
– konyuktvit
– xelyoz
– qlossit.
Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. B6 çatışmazlığı zamanı xəstənin sutkalıq sidiyində vitaminin dozası 0,5 mq az olması müşahidə edilir ki, bu da diaqnozu təsdiqləyir.
Müalicə həkim tərəfindən təyin olunur. Orqanizmdə B6 çatışmazlığı səbəbindən baş verən xəstəliklərin ağırlıq dərəcəsinə uyğun xəstəyə sutkalıq vitamin dozası təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"B6 vitamini çatışmazlığı" haqqında müzakirə