Qasıq epidermofitiyası (Xerba ekzeması)

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 29 927
  • 0 rəy

Qasıq epidermofitiyası (Xerba ekzeması).
Xəstəlik qasıqda əzələlərin arasında əmələ gələn ləkə ilə özünü biruzə verir. Xəstəliyin əmələ gəlməsində aralıq nahiyyədə əmələ gələn göbələk mikroblarının rolu böyükdür. Göbələk mikrobları bükük nahiyyədə tərləmənin çox olması ilə əlaqədar olaraq dəridə patoloji səpkilər əmələ gətirir. Nadir hallarda dərinin nazik təbəqəsində də belə səpgilərə rast gəlinir.
Xəstəlik ən çox kişilərdə baş verir.
 Qasıq epidermofitiyası insana, xəstə insanın əşyalarından istifadə edən zaman keçir. Bu əşya paltar, ayaqqabı, termometr, yataq dəsti, idman alətləri və s.ola bilər. Göbələk infeksiyası hamamda su vasitəsi ilə də yoluxa bilir.
Xəstəliyi Epidermophyton flokkosum göbələkləri törədir. Bu göbələklərə ətraf mühitin hər tərəfində rast gəlmək olur. Xəstəliyə yalnız insanlar yoluxur.
Xəstəliyin əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür:
– çox tərləmə
– dəridə əmələ gələn bişməcələr
– artiq çəki.
Qasıq epidermofitiyasına bəzi hallarda döşün alt hissəsində də rast gəlmək olur. Xəstəlik dəridə əmələ gələn açıq çəhrayı rəngli dairəvi səpgilərlə özünü göstərir. Səpgini üstü nahamar, zəif qabarcıqlarla örtülmüş olur. Səpgi geyişmə, qaşınma və narahatlıq hissi verir. Səpginin kənarları tünd sarı rəngdə dairə ilə sağlam dəridən fərqlənir.
Xəstəliyə diaqnozun qoyulmasında yara nahiyyəsindən götürülmüş yaxmada tapılan göbələk mikroblarının rolu böyükdür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qasıq epidermofitiyası (Xerba ekzeması)" haqqında müzakirə