Ev şəraitində özünüz diş pstası düzəldin və dişlərinizi ağardın.

  • Müəllif: elnare
  • Tarix: 27 may 2017
  • Baxış sayı: 6 521
  • 0 rəy

Ev şəraitində özünüz diş pstası düzəldin və dişlərinizi ağardın. Bu pasta sizin dişlərinizi kariesdən xilas edəcək.

Aşağıda resepti verilən diş pastasını hazırlayıb tətbiq eləməklə siz kariesdən xilas ola biləcəksiniz. Bu pastanı siz heç bir mağazadan ala bilməzsiniz. Amma, onu hazırlayıb istifadə etməklə siz bir çox diş xəstəliklərindən xilas ola bilərsiniz. Pastanın tərkibində ftor yoxdur və o antibakterial təsirə malikdir. Buna səbəb isə kakos yağı, soda və ksilitin tərkibində olanlardır.

Lazım olanlar:

  • * kakos yağı – 3 xörək qaşığı
  • * qida sodası – 3 xörək qaşığı
  • * ksilit (olmasa digər şəkərəvəzedici)
  • * uşaqlar üçün istifadə edilən pudra – 1 xörək qaşığı
  • * nanə yağı – 15 damcı

Hazırlanması:

Bütün məhsullar pasta halına gələnə qədər qarışdırılır. Havanın temperaturundan və pastanın qatılığından asılı olaraq pastaya qatılan kakos yağının miqdarını azaldıb-artırmaq olar. Pasta hazır olduqdan sonra kiçik şüşə bankaya yığılır və soyuducuda saxlanılır. Bu pastadan digər dis pastalarından istifadə olunduğu kumu istifadə edilir. Gün ərzində 3 dəfə istifadə edildikdə karies əlamətləri aradan qalxır və dişlər ağarır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ev şəraitində özünüz diş pstası düzəldin və dişlərinizi ağardın." haqqında müzakirə