Hər dərdə çarə - Türkəçarə

  • Müəllif: redaktr
  • Tarix: 22 yanvar 2017
  • Baxış sayı: 3 570
  • 0 rəy

Hər dərdə çarə - Türkəçarə
Lyamblya zamanı
1 baş sarımsaq və 1 limon xırda doğranır,qaynar suda səhərə kimi saxlanılır,səhər üzərinə 1 qaşıq bal tökülür.15-20 gün müddətində qəbul edilir.Bununla bərabər dağ tərxunu,solmazçiçək,aptek çobanyastığı bitkilərinin qarışıq dəmləməsi 10 gün müddətinə içilir.
Mədəaltı vəzin funksiyasını tənzimləmək üçün
1 stəkan yarmanın üstünə yarım littr qatıq töküb səhərə kimi saxlanılır.Yarısı səhər,yarısı axşam yeyilir.Prosedur 10 gün edildikdən sonra 10 gün fasilə edilir,sonra yenə təkrarlanır.Bu müddət ərzində xəstə yağlı,qızardılmış və duzlu qidalardan imtina etməlidir.Müalicəni 1 ay edib,6 ay fasilə vermək lazımdır.
Təzyiqi normallaşdırmaq üçün
1 stəkan suya 3-4 qaşıq şəkər tozu tökülür,50 qram jenşen bitkisi şirin suya qoyulur,1 saat saxladıqdan sonra 200 qram adi arağa qatılır.15-20 gün saxladıqdan sonra gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən sonra içilir.
Mədə səpgiləri zamanı
20 qram propolis yağı götürülüb su hamamında 100 qram kərə yağı əlavə edilərək 30-40 dəqiqə qarışdırılıb süzülür.Acqarına gündə 2 dəfə içmək lazımdır.
Stomatit zamanı
Yukka bitkisi qurudulduqdan sonra dəmləməsi gündə 3-4 dəfə ağızda olan yaralara islatma şəklində qoyulur.10-15 gün ərzində yaralar sağalır.
Mədə xorası zamanı
Əgər mədədə turşuluq aşağıdırsa gündə 3 dəfə 1 xörək qaşığı bağayarpağı şirəsi içilir.Aloe şirəsini 1/1 nisbətdə balla qarışdırb uzun müddət içmək də mədə turşuluğu az olduğu zaman faydalıdır.
Turşuluq çox olduqda isə zəyərək,gülxətmi kökləri və çiçəklərinin dəmləməsindən,çaytikanı yağından istifadə edilir.
Duzlaşma zamanı
1 stəkan kələm şirəsi,qılıncotu cövhəri dəmləməsi içilir.İtburnu kökünün qaynadılıb içilməsi də duzlaşma zamanı faydalıdır.
1 hissə qaragilə yapağı,çiyələk yarpağı,paxlagülünün kökü və mərcangilə bərabər miqdarda götürülüb qarışdırılır.1 xörək qaşığı 1 stəkan suda dəmlənib içilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hər dərdə çarə - Türkəçarə" haqqında müzakirə