Fitoterapiya nədir ?

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 3 626
  • 0 rəy

Xalq təbabətinin tarixi ta qədim zamalara qədər gedib çıxır. Xalq tababəti dedikdə nə nəzərdə tutulur?
Xalq təbabəti dedikdə xəstəliklərin müalicəsində təbii bitkilərdən istifadə etmək nəzərdə tutulur.Qədim zamanlarda insanlar müalicə məqsədi ilə bitkilərdən istifadə ediblər və bunun da faydalarını gorüblər.Farmakologiya elmi inkişaf etdikcə qədim kitablarda yazılan bitkilərin hamısından deyil dəfələrlə sınaqdan keçib,faydalı olanlarından istifadə edir.Xalq təbabəti bitkilərlə müalicə fitoterapiya adlanır.Təbii bitkilərlə müalicə üsulunun insan səhhəti üçün heç bir
ziyanı yoxdur.
Bitkilərin müalicə məqsədi ilə istifadə olunmasının tarixi çox qədimdir. Şummerlərin,Aşşurların qədim əlyazmalarında bu barədə yazılara rast gəlmək olur.Müasir dövrümüzdəÇin və Hindistanda indi də xalq təbabətindən geniş istifadə olunur.Tibb elminin atası sayılan Hippokratın kitablarında da bitkilərdən söhbət açılır.Dünyaca məşhur İbn Sinanın kitablarında da bitkilərin faydalaı haqqında yazılara rast gəlmək olur.XX əsrin alimləri isə bitkiləri toksiki və foarmokoloji tərkibdə olduqlarını laborator araşdırmalar nəticəsində təsdiq eledilər.Bəzi bitkilər var ki onları dərmanlarla biegə qəbul etmək olmaz.Məsələn:sarımsaqla varfarin dərmanını birlikdə qəbul edəndə qanaxma verir.
İndi butun ölkələrin şəhərlərində tibbi apteklərə rast gəlmək mümkündür.Bu apteklərdə insan orqanizminə zərəri olmayan bitkilər ququdulmuş şəkildə satılır.Bunlarda da dəmləmələr şəklində istifadə olunur.
Hamımızın tanıdığı bir çox bitkilər vardır ki onların hansı məqsədlə istifadə olunacağını hələ də bilməyənlər var
Məsələn çobanyastığı dəmləməsindən mədə bağırsaq soyuqlamasında, ishal zamanıistifadə olunur
Nanə yarpağının dəmləməsindən ürəkdöyunmə zamanı,baş ağrısı zamanı, spazm əleyhinə istifadə olunur.
İtburnu çiçəyin dəmləməsindən böyrəkdəki duzları tökdürmək məqsədilə, ishal zamanı, C vitamini çatmazlığında istifadə olunur
Bağayarpağı dəmləməsindən mədə xəstəliklərində, sarımsaqdan
bağırsaqlardakı qurdları tökmək məqsədilə istifadə edilir. Hamımızın yaxşı tanıdığı aloe bitkisi haqqında isə qədim kitablar min bir dərdin dərmanı deyə yazıblar. Bu siyahını istənilen qədər uzatmaq olar. Lakin bitkilərlə müalicənin özünü də həkimin məsləhəti ilə aparmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Fitoterapiya nədir ?" haqqında müzakirə