Zəfəran çayı haqqında bilmədikləriniz
Zəfəran uzunömürlü bitkidir. Adı dünyanın ən bahalı qidaların siyahısına salınmışdır. Zəfərandan kulinariyada, kosmetalogiyada geniş istifadə edilir.
Sizə zəfəran çayının faydaları haqqında bilmədiyiniz bəzi məlumatları çatdırmaq istəyirəm.
Zəfəran çayı orta dərəcəli depressiya xəstəliyinin sağalmasında böyük rol oynayır.
Depressiya xəstəliyindən əziyyət çəkən
40 kişi üzərində aparılan araşdırmada 6 həftə ərzində gündə 30 mq zəfərandan istifadə edən depressiya xəstəsində xəstəliyin əlamətləri xeyli azalmışdır.
Göz xəstəlikləri.
Aparılan kliniki araşdırmalar zəfəran bitkisinin gözün retin qişasına qanın axmasında və petinopatiyaların müalicəsində və yaşla əlaqəli degenerasiyalarda böyük rolu olduğunu sübut etmişdir.
Bundan başqa zəfəran çayı aşağıdakı xəstəlilərin müalicəsində faydalı təsirə malikdir:
– ürək – damar xəstəlikləri
– pssorias xəstəliyi
– infeksiyaya qarşı qoruyucu təsirə malikdir
– xərçəng əmələ gəlməsini ləngidir.
Zəfəran çayı necə dəmlənir?
1 stəkan qaynar suyun içərisinə 6-7 ədəd zəfəran qoyulur və 1-2 dəqiqə qaynadılır. Çayı dəmləmək üçün ən çox 5 dəqiqə sərf edilməlidir. Zövqə görə çayın içərisinə darçın çubuğu və ya şəkər tozu əlavə etmək olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Zəfəran çayı haqqında bilmədikləriniz" haqqında müzakirə