Psixologiya nədir?
Psixologiya nədir?
Psixologiya (ruh aləmini öyrənmək)insanın psixikası haqqında elmdir. Psixolgiya insanın psixikasını, yəni ruh halını öyrənir.Psixologiya elmi mürəkkəb və çox şaxəli bir elmdir. Bu elm həm fəaliyyətin, həm də ünsiyyətin psixoloji problemlərini öyrənir. İnsanın psixikası müxtəlif fəaliyət və ünsiyyət prosesində müxtəlif cür təzahür edir. Psixoligiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.
Psixologiya elminin tarixi çox qədimdir. İlk dəfə psixologiya anlayışı eramızdan əvvəl IV əsrdə Aristotelin əlyazmalarında qeyd edilmişdir.
Psixologiyanın bir elm kimi inkişafı materialist təlimin inkişafıilə bağlı olmuşdur.
Psixologiya elmi aşağıdakıları öyrənir:
- 1. Psixi proseslər
- 2. Psixi hallar
- 3. Psixi xassələr
Psixi hallar dedikdə şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. nəzərdə tutulur.
Psixi xassələr psixologiya elminin kateqoriyalarından biri sayılır. Psixolopgiyanın bu sahəsi insan psixikasında baş verən psixi prosesləri öyrənir. Buraya affekt hisslər, dalğınlıq, diqqətin və iradənin zəifləməsi, şübhə təfəkkürünün təzhürü daxildir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Psixologiya nədir?" haqqında müzakirə