Alkoholizm
Alkoholizm
Alkoholizm – tez-tez spirtli içki içmək nəticəsində yaranan xəstəlikdir.
Ümumi məlumat:
Alkoholiklər spirtli içkilərdən asılı vəziyyətə düşürlər. Əgər onlar birdən –birə içkini tərgitsələr, bu onlarda abstinent sindroma səbəb ola bilər. Bu sindrom ürəkbulanma, qusma, həyəcan, hallsünasiyalar, üşütmə ilə təzahür olur. Alkoholizm yaddaşı və beyin fəaliyyyətini pozur, iş qabiliyyətini aşağı salır, insan mənasız hərəkətlər etməyə başlayır.
Səbəbləri:
Alkohola qurşanmağın çox səbəbləri ola bilər. Emosional konflikt nəticəsində stress, ağır itki ( yaxın adamın ölümü), işdə münaqişələr, şəxsiyyətin depressiv xarakteri, öz hərəkətlərinə qiymət verməmək səbəb ola bilər. Ətraf mühitin müxtəlif faktorları da buna səbəb ola bilər.
Simptomları
Spirtli içkilərdən sui-istifadə insanların gündəlik əməllərinə təsir edir, onu məsuliyyətsiz vəziyyətə salır. Alkoholiklər işə, dərsə getmirlər. Onlarda ünsiyyətdə çətinlik yaranır. Alkoholizmin ilk əlamətləri aşağıdakılardır:
-bütün problemləri yaddan çıxarmaq məqsədilə spirtli içki qəbul etmək
-səhərlər təkbaşına içki qəbul etmək
-sərxoş vəziyyətdə özünə və ətrafdakılara zərər vermək
-daha çox spirli içki işmək istəyi
-özünə nəzarət hissi itir
Əgər sizdə və yaxınlarınızda belə problemlər varsa mütləq həkimə müraciət edin.
Ağırlaşmaları:
Ağırlaşmalara aşağıdakılardır:
-həyəcanlı vəziyyət və depressiya intihara gətirib çıxara bilər.
-iştaha itir.
-qara ciyər sirrozu, kardimiopatiya, pankreatit, periferik nevropatiya, psixoz.
Hamiləlik vaxtı alkoholdan istifadə etdikdə dölün zədələnməsi baş verir. Bu sindrom alkohollu döl adlanır, bu da anadangəlmə defekt və qüsurlara, gələcəkdə əqli inkişafın pozulmasına səbəb ola bilər.
Siz nə edə bilərsiniz:
Alkohol qəbul etməyi tərgidin. Yaxınlarınızdan yardım istəməyə çəkinməyin. Yadınızdan çıxarmayın ki, onlar sizi, sizin sağlam olmağınızı istəyir. İxtisasli həkimləri ziyarət etməkdən çəkinməyin. Alkoholik bunu özü başa düşməlidir ki, belə yaşamaq olmaz.
Həkim nə də bilər:
Bu zaman detoksikasiya ilə müalicə aparılır. Alkoholozmi müəyyən etmək üçün həkim analizlər və digər müayinələr aparılır. Müvafiq müalicə təyin olunur.
Profilaktik tədbirlər:
Əgər bu pis vərdişdən yaxa qurtarmaq istəyirsinizsə aşağıdakı məsləhətlərə əməl edin:
-içən adamlarla az vaxt keçirin, içki məclislərindən uzaq durun.
-içdiyiniz içkiyə nəzarət edin, bayram kokteyli və ya şərab için, digər alkohollu içkilər olmamalıdır.
-maşın arxasına içkili vəziyyətdə oturmayın, əgər siz içkilisinizsə, sizi içkili olmayan adam evə gətirsin.
-əgər ailədə kimsə alkohola qurşanıbsa, siz alkohol qəbul etməkdən çəkinin.
-problemlərdən yaxa qurtarmaq üçün alkoholda çarə tapmayın.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Alkoholizm" haqqında müzakirə