Dəniz darağı nədir və orqanizmə hansı faydaları var?

  • Müəllif: admin2
  • Tarix: 10 iyul 2018
  • Baxış sayı: 432
  • 0 rəy
Dəniz darağı ikiayaqlı dəniz molyusklarındandır. Dəniz darağı suyun çox dərinliklərinə qədər enə bilir. Dəniz darağı arxa tərəfdən enli olan və qulağa bənzəyən çanağın içərisində yerləşir. Dəniz darağı molyuskunun ölçüləri yaşadığı yerə uyğun olaraq müxtəlif olur. Məsələn, yapon dəniz daraqları çox iri, halisiy və şotland dəniz daraqları orta ölçüdə olur. Ən dadlı və qiymətli dəniz darağı kiçik ölçüdə olan dəniz daraqlarıdır. Bu molyusklar Qərb yarımkürəsinə yaxın olan sularda yaşayırlar. Onların yaşı çox olanının dadı cavanının dadından yaxşı olur. Dəniz daraqlarının ən maraqlı xüsusiyyətlərindən biri onların çoxlu sayda gözlərinin olmasındadır. Belə ki, dəniz daraqları 100-ə yaxın xırda gözlərə malikdirlər. Onların dərilərinin rəngi isə çəhrayı-krem və ya çəhrayının boza çaları rəngdə olur. Dəniz daraqlarının bişirən zaman tavanın qapağını örtmək lazımdır. Dəniz darağı az kalorili qidalardandır və müxtəlif qida rasionlarına daxil edilir. 100 qram dəniz darağının qida dəyəri:
- Zülallar – 17,5 qr
- Yağlar – 2 qr
- Su – 70 qr
- Kalori – 88 qr.
Dəniz darağının tərkibi çox zəngin və müxtəlifdir. Onun tərkibində çoxlu miqdarda müxtəlif zülallar, minerallar, maqnium, yod, dəmir, fosfor, sink, marqanes, kolbat, omeqa yağ turşuları və vitamin kompleksləri var. Dəniz darağı azkalorili dietik qidalardandır və onun tərkibində cüzi miqdarda karbohidratlar var. Dəniz darağının tərkibi B12 vitamini, riboflavinlə zəngindir. O kalsium qaynağıdır və onda olan biokalsiumun çoxluğu orqanizm üçün zərərli deyil. Bu səbəblərinə görə dəniz darağını azyaşlı uşaqlara da vermək mümkündür. Kalsium çatışmazlığından əziyyət çəkən uşaqlara dəniz darağı yemək çox faydalıdır.
Müalicəvi və faydalı xüsusiyyətləri
Dəniz darağı əti ilə qidalanmaq qanda xolestrinin miqdarının aşağı düşməsinə, maddələr mübadiləsinin, sinir sisteminin, endokrin sistemin, ürək-damar sisteminin yaxşılaşmasına, səbəb olur. Dəniz darağı ilə qidalanmaq orqanizmin tonusunu artırır. Tərkibində olan yod və bioloji aktiv maddələrin miqdarı dəniz darağının atereskleroz xəstəliyinin əlamətlərinin azalmasına və sağalmasına səbəb olur. Dəniz darağı ilə qidalanmaq kişilərdə cinsi zəifliyin aradan qalxmasına, cinsi həvəsin artmasına və bu hissin uzun müddət qalmasına səbəb olur. 
Dəniz darağı tərkibində çoxlu miqdarda minerallar olan dəniz məhsullarındandır. Tərkibində olan PP vitamini və fermentlərin qarışımı mədə və mədəaltı vəzin işini normallaşdırır.
Kulinariyada dəniz darağı
Dəniz darağı ətindən müxtəlif qidaların hazırlanması zamanı istifadə edilir. Ondan müxtəlif şorbalar, salatlar, kotletlər, qızartmalar və s. hazırlanır. Onun çox gözəl və dadlı əti var. Fransız mətbəxində dəniz darağından çoxlu müxlətif yeməklər bişirilir. 
Dəniz darağını marinadlaşdırıb zeytun yağı, limonla bişirdikdə çox dadlı bir yemək hazırlamaq olur.
Kosmetologiyada dəniz darağı
Artıq çəkidən, piylənmədən və ateresklerozdan əziyyət çəkənlərə dəniz darağı ilıə qidalanmaq məsləhət görülür. Son illər dəniz darağından müxtəlif kremlərin hazırlanmasında istifadə edilir.
Dəniz darağının zərərli xüsusiyyətləri
Nadir hallarda dəniz darağı allergik reaksiyaların baş verməsinə səbəb olur. Hipertrioz xəstəliyindən əziyyət çəkənlərə çoxlu miqdarda dəniz darağı yemək məsləhət görülmür. Bu xəstəlik əlamətlərinin artmasına səbəb olur. Bunun səbəbi isə onun tərkibində yodun çox olmasıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Dəniz darağı nədir və orqanizmə hansı faydaları var?" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə