Dəniz kələmi (Laminariya) faydaları

  • Müəllif: admin2
  • Tarix: 2 iyul 2018
  • Baxış sayı: 1 018
  • 0 rəy
Dəniz kələmi yeyilən dəniz məhsullarındandır. Qədim zamanlarda dəniz kələmindən asan yolla əldə edilən dəniz məhsulu olduğuna görə istifadə ediblər. Onun tərkibi yetərincə minerallar və vitaminlərlə zəngindir. Keçmişdə dəniz kələmindən yanlız su sahillərində yaşayan insanlar istifadə edirdilər. Müasir dünyada isə planetin bütün bölgələrində dəniz kələmi restoranların qida rasionuna daxil edilib. Dəniz kələminin tərkibində 59% karbohidratlar, 13% zülallar, 11% liflər, 2% yağlar, 3% minerallar, 12% nəmlik var. Dəniz kələminin tərkibində yod, brom, marqanes, kolbat, sink, kalsium, kalium, natrium, kükürd, fosfor, azot və müxtəlif kimyəvi elementlər, polisaxaridlər, A, B1, B2, B6, B12, C, D, E vitaminləri var. Onun tərkibi pantoten və fol turşuları, L fruktoza və zülallı maddələrlə zəngindir. Adi kələmlə müqayisədə dəniz kələminin tərkibində olan maqniumun miqdarı 11, dəmirin miqdarı 16, natriumun miqdarı 40 dəfə artıqdır. Tərkibinin unikallığına görə dəniz kələmi alimlərin diqqətini həmişə özünə çəkə bilir. Elmi araşdırmalar dəniz kələminin maddələr mübadiləsində iştirak etdiyini və saçların dibini möhkəmləndirdiyini sübut etmişdir. Alimlər dəniz kələmi ilə qidalanmanın bədxassəli şişlərin böyüməsinin qarşısını aldığını sübut edib. Onun tərlkibində olan polisaxaridlər immun sistemin möhkəmlənməsinə səbəb olur. Elmi araşdırmalar zamanı az miqdarda dəniz kələmi yeməyin orqanizmin tonusunu artırdığını sübut ediblər. Dəniz kələmi yemək orqanizmin cavan qalmasına və ömrün uzanmasına səbəb olur. Onu yeməklə orqanizmdəki skleroz əlamətlərini aradan qaldırmaq mümkündür. Onun köməyi ilə protrombin indeksini 10-13% aşağı salmaq mümkün olur.  Azyaşlı uşaqlara dəniz kələmi yedirmək onun beyinin daha yaxşı inkişaf etməsinə səbəb olur. Dəniz kələmi zehni və əqli fəaliyyəti artırır, maddələr mübadiləsini yaxşılaşdırır, fiziki yorğunluğu aradan qaldırır, ürək-damar, tənəffüs sistemi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır, immun sistemdəki disfunksiyanı aradan qaldırır. Davamlı olaraq laminariya yemək kişi və qadınlarda cinsi fəallığın artmasına səbəb olur. Tərkibində olan yod qalxanvari vəzin işinin normallaşmasına səbəb olur.
Gün ərzində 2 çay qaşığı təzə dəniz kələmi və ya 1 qaşıq quru dəniz kələmi yemək orqanizmin yuxarıda adları çəkilən xəstəliklərə yaxalanmasının qarşısını alır. Onun konservləşdirilmiş və marinadlaşdırılımışından da istifadə etmək orqanizmə eyni təsiri bağışlayır.
Dəniz kələminin zərərli xüsusiyyətləri
Yoda qarşı həssaslığı çox olan adamlara dəniz kələmi yeyərkən diqqətli olmaları məsləhət bilinir. Həzm sisteminin kəskin xəstəlikləri, nefrit, hemorragik diatezlər, qızılca, məxmərək, frunkul xəstəlikləri zamanı dəniz kələmi yemək məsləhət görülmür.
Hamilələrə dəniz kələmi yeyərkən diqqətli olmaq məsləhət görülür.
Dəniz kələmindən istənilən qədər yemək olar. Çoxlu miqdarda yedikdə isə qanda olan yodun miqdarına nəzarət etmək lazımdır, çünki dəniz kələmindən çox istidadə eləmək orqanizmdə yodun miqdarının artmasına səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Dəniz kələmi (Laminariya) faydaları" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə