Vitamin D

  • Müəllif: admin
  • Tarix: 3 yanvar 2018
  • Baxış sayı: 8 508
  • 0 rəy

Nevroloqlar üçün tövsiyyələr. Vitamin D3 və mülayim koqnitiv pozuntular.

Nevroloqun praktikasında əhəmiyyətli yer tutan şikayətlərdən biri mülayim koqnitiv pozuntulardır. 

Mülayim koqnitiv pozuntular (MKP) yaşla əlaqəli olmayan, yaxud qocalma ilə əlaqəli olan gözləniləndən artıq koqnitiv funksiyaların pozulmasıdır və XBT-10 (xəstəliklərin beyəlxalq təsnifatında) müvafiq G31.84 kodu altında yer almışdır. Qeyd edim ki, daha ağır koqnitiv pozuntular (məsələn, demensiya) və daha yüngül koqnitiv pozuntular müəlliflər tərəfindən başqa kodla qeyd olunmuşdur. Deməli hər 3 ağırlıq dərəcəsi (yüngül, mülayim və demensiya) həkimlər tərəfindən düzgün qiymətləndirilməlidir.

Qiymətləndirmə nə zaman və necə aparılır?

İlk növbədə xəstələrdə MKP zamanı aşağıdakı simptomlar qeyd olunur:

  • Yaddaş pozğunluğu
  • Nitq pozğunluğu (məsələn lazımi sözü deməkdə çətinlik çəkir, sanki söz “dilinin ucundadır”, amma deyə bilmir)
  • Diqqət yayınığlığı (məsələn söhbəti dinləməkdə, yaxud söhbət zamanı diqqəti cəmləməkdə çətinlik çəkir)
  • Dezoriyentasiya, vizioskopik bacarıqların pisləşməsi (hətta başqa qıcıqlar olmadan belə alışdığı şəraiti tanımama, özünü ititrmə)

Bundan əlavə, MKP amnestik və nonamnestik ola bilər. Amnestik MKP çox zaman Alsheymer xəstəliyi önü yaranır.

Həkimlər üçün MKP-ın vahid təsdiq olunmuş bir qiymətləndirmə vasitəsi hazırda yoxdur. Lakin digər problemləri, xəstəlikləri inkar etmək üçün (məsələn, beyindəki ocaqlı patologiyanı) xəstənin nevrolji statusunu, psixi statusunu, neyrovizualizasiya və laborator analizləri yoxlamaq vacibdir. Nevroloji status nevroloq tərəfindən qiymətləndirilir, psixi statusun qiymətləndirilməsi nevroloq, neyropsixoloq və psixiatr tərəfindən aparıla bilər. Bunun üçün müxtəlif neyropsixoloji testlər, sorğular və vizual metodikalardan istifadə olunur. Bu zaman xəstənin intellekt əmsalı(İQ), empatiya əmsalı(EQ), bütün koqnitiv sfera (yaddaş, diqqət, nitq, qavrama, praksis(təcrübi bacarığı), qnozis(tanıma) yoxlanılır. Hәkim praktikasinda özündә icraçı-planlaşdırma funksiyasını, güvәnimli yaxınmüddətli vә uzunmüddətli yaddaş yoxlanılmasını әhatә edәrәk әn çox informasiya әldә etmәyә imkan verәn әn çox etibar oluna bilәn sınaq hal-hazırda MOCA testidir. MOCA-Montreal Cognitive Assessment, tәrcumәdә Monreal Koqnitiv Qiymәtlәndirmә demәkdir. Mini-Mental Status Sınağı (MMSS), vә ya ingiliscə MMSE (Mini Mental Status Exam) icraçı-planlaşdırma funksiyasını demәk olar ki, yoxlamır vә yaddaş barәdә bölümlәri dә zәifdir (qeyd: xәstәyә baxan şәxs vә ya şәxslәrdәn xәstәnin gundәlik hәyat fәaliyyәti barәdә müfәssәl mәlumat alınmayıbsa, xәstәnin koqnitiv qabiliyyətlәri barədə heç bir koqnitiv testin nәticәlәrinә, xüsusilə әgәr bu nәticәlәr normal olduqda, güvәnmәk mәqsәdәuyğun deyil.) Normal vә ya yüngül aşaği koqnitiv test qiymәtlәri olduğu halda gündәlik hәyat fәaliyyәti pislәşibsә, neyropsixoloji sınaqlar aparılması mәqsәdәuyğundur. Bu məqsədlə kliniki psixoloqa və ya neyropsixoloqa müraciət edin.

Proqressivləşən koqnitiv pozuntuları olan, xüsusən 60 vә daha yuxarı yaşı olan şәxslәrin laborator müayinәlәri arasına vitamin D3 (xolekalsiferol) sәviyyәsinin yoxlanılmasının daxil edilmәsi mәqsәdәuyğundur. Mәnim tәcrübәmdә, hәmçinin, әksәr hәkimlәr dә, әgәr öncәdәn digәr mütәxәssislәr tәrәfindәn edilmәyibsә, qanın ümumi analizi, vitamin B12 vә TSH sәviyyәlәrinin yoxlanılması barәdә bir qayda olaraq gostәriş verilir. Qanda vitamin D sәviyyәsi sınağının qiymәti bahadır. Müvafiq diaqnostik kodun istifadə olunması vacibdir, əks tәqdirdә, bu sığorta tәrәfindәn qarşılanmayacaq. Demensiya üçun olan G30.9 (müəyyən edilməyən Alsheymer xəstəliyi) diaqnostik kodu adәtәn qanda B12 vә TSH sәviyyәlәrinin tәyin edilmәsini әhatә etsә dә, D vitamini sәviyyәsini әhatә etmir. MKP zamanı D3 vitamini sәviyyәsini әhatә etmək üçün R41.81, R41.84  R41.89 (R00-R99 Digər rubriкаlаrdа təsnif оlunmаyаn, кliniк və lаbоrаtоr tədqiqаtlаr zаmаnı аşкаr еdilən simptоmlаr, nişаnələr və nоrmаdаn кənаrа çıхmа hаllаrı) kodunu istifadə edin. Әgәr D3 vitamini (25-OH)D3 sәviyyәsi 30 nq/ml-dәn aşağıdırsa cədvəldə (cəd.1) göstərilən dozada D vitamini tәyin edin (kapsul ya damcı).

Cədvəl 1. Vitamin D3 qanda səviyyələri

  

Endokrin Cəmiyyətin tövsiyyələrinə əsasən:

  • 1-18 yaş arası vitamin D3 DEFİSİTİ olan uşaqlara gündə 2000 İU vitamin D ənazı 6 həftə ərzində və ya 50000 İU həftədə 1 dəfə ən azı altı həftə ərzində qəbul etmək tövsiyyə olunur. Bu qayda ilə vitamin D səviyyəsi 30 ng/ml qalxdıqdan sonra dəstəkləyici doza 600-1000 İU/gündə qəbul edilməlidir.
  • Böyüklərdə vitamin D DEFİSİTİ olarsa həftədə 1 dəfə 50000 İU, səkkiz həftə ərzində yaxud gündəlik 6000 İU qəbul etməlidirlər.Bu qayda ilə vitamin D səviyyəsi 30ng/ml qalxdıqdan sonra dəstəkləyici doza 1500-2000 İU/gündə qəbul edilməlidir.

Xəstənin qida və günəş vannalrı ilə qazandığı vitamin D3 səviyyəsinin ölçmək çətin olduğu üçün hәr üç aydan bir D vitamini sәviyyәsini tәkrar yoxlayın.

Koqnitiv sınaq testlәri vә xәstәyә baxan şәxslәrlә birgə gündәlik hәyat fәaliyyәtinin qiymәtlәndirilmәsini hәyata keçirәrәk D vitamininin düzәlmiş sәviyyәsi ilә kliniki yaxşilaşma olub-olmadığına baxın.

D vitamini aşağı sәviyyәsi barәdә nәzәrdәn keçirilmiş mәlumatlara әsasәn hesab olunur ki, koqnitiv pislәşmәnin ən çox rast gəlinən sәbәblәrindәn biri olan serebrovaskulyar xәstәlik stabillәşә vә ya yaxsilaşa bilәr. Baxmayaraq ki, bir neçə il əvvəlki әdәbiyyatda D vitaminin asağı səviyyəsi ilə yaddaş pozğunluğu arasında bağlılıq olması barədə təsdiqlənmiş tədqiqatlar yox idi, bu gün bu tədqiqatlar artıq var. D vitamini defisiti olan xəstələrdə qavrama bacarığının daha tez tükənməsi müşahidə edilmişdir. Bundan əlavə defisit Alsheymer xəstəliyi riskini 3 dəfə artması ilə əlaqəlidir. Həmçinin ağır defisitin yaşlı xəstələrdə MKP riski ilə əlaqəsi demensiya riski ilə eyni dərəcədə olduğu göstərilmişdir.

D vitamini defisiti müalicə olunmadıqda gәlәcәkdә icraetmә vә planlaşdırma funksiyasının pislәşmәsi ilə nəticələnə bilәr.

Ən yeni tədqiqatların nəticəsi göstərir ki, vitamin D koqnitiv pozğunluqlarda müalicəvi effekt verir. Vitamin D defisitli gənclərdə və yaşlı insanlarda vitamin D səviyyəsinin adekvat dozaya çatdırılması onlarda olan MKP yaxşılaşdırmışdır, həmçinin psixi sferaya müsbət təsir göstərmişdir.


Müəllif Mərziyyə Məmmədova
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Vitamin D" haqqında müzakirə