Hamiləlik zamanı yuxusuzluq

  • Müəllif: elnare
  • Tarix: 6 iyul 2017
  • Baxış sayı: 4 735
  • 0 rəy

Hamiləlik zamanı yuxusuzluq

Yuxusuzluq hamiləlik dövründə meydana çıxan problemlərdən biridir. Qadınların bəzilərində hamiləlik zamanı yuxusuzluq hamiləliyin ilk üçaylığından başlayır. Bunun səbəbi isə hamilə qadının çox gərgin olması və çox fikirləşməyidir. Ananın başında həddindən çox düşüncələrin olması onun sinir sistemindəki oyanıqlığı artırır ki, bu da qadının yuxularını ” əlindən alır”. Hamilə qadınların əksəriyyətində isə yuxussuzluq ikinci üçaylığın sonlarında və üçüncü üçaylıqda meydana gəlir. Bu zaman hamilə qadının qarnı böyümüş olur və o yatağa uzanarkən diskomfort hissi yaşayır. Qarın böyüdükcə yatağa rahat uzanmaq daha da çətinləşir və ananın yuxusu azalır. Bu zaman isə ananın ginekoloqa müraciət etməsində fayda var. Çünki, hamilə qadının normal yuxusu təmin olunmalı və o istirahət etməlidir.
Hamiləlik zamanı qadınlarda yuxusuzluğun baş verməsində hormonal sistemdə olan dəyişikliklər də mühüm rol oynayır. Hamiləlik zamanı progestron və digər hormonunun miqdarı artır. Buna hazır olmayan orqanizmin sinir sistemində oyanıqlıq əmələ gəlir və yuxusuzluq baş verir.
Hamiləlik zamanı qadınlarda yuxusuzluq fizioloji səbəblərdən də baş verə bilir. Bu səbəblərə aşağıdakılar aiddir:
  • * qarının böyüməsi
  • * bel və ya onurğa hissədə ağrıların meydana gəlməsi 
  • * uşağın ana bətnində həddindən çox hərəkət etməsi
  • * gecələr tez-tez sidiyə çıxma
  • * qıcqırma hissi
  • * əzələlərdə meydana çıxan qıcolmalar
  • * qarın dərisinin dartılması səbəbindən baş verən dəri qaşınmları
  • * diafraqmanın sıxılması səbəbindən meydana çıxan boğulmalar

Psixoloji səbəblər:

  • * xroniki yorğunluq
  • * əsəb gərginliyi, stress
  • * qorxulu gecə yuxuları

Hamilə qadınlarda olan yuxusuzluğu necə aradan qaldırmaq olar?

  1. 1. Hamilə qadınlar gərginlikdən uzaq durmalıdırlar. 
  2. 2. Yüngül işlərlə məşğul olmaq qadının yorulmasına və rahat yatmasına səbəb ola bilir.
  3. 3. Hamilə qadın qorxulu yuxular görürsə yuxusunu mütləq kiməsə (ərinə, anasına, rəfiqəsinə) danışmalıdır. Bu onu psixoloji cəhətdən rahatladar. Psixoanalitiklər qorxulu yuxunun yaxın adamlarla müzakirə olunmasının insana rahatlıq gətirdiyini söyləyirlər.
  4. 4. Gün ərzində hamilə qadınlar üçün nəzərdə tutulmuş idman hərəkətləri qadının əhval ruhiyyəsini və gecə yuxusunu normallaşdırır.
  5. 5. Axşamlar təmiz havada gəzinti, sakit və dostcasına söhbətlər hamilə qadının yuxusunun normllaşmasına səbəb ola bilir.
  6. 6. Axşamlar yüngül yeməklərlə qidalanmaq, az maye qəbul eləmək yuxunun normallaşmasına yardım edir.
  7. 7. Yatmazdan əvvəl 1 stəkan qaynar süd içmək hamilə qadının yuxusunu dərinləşdirir.
  8. 8. Yatmazdan əvvəl qarının dərisini losyonla silmək dərinin qaşınmamasına və yuxusuzluğun baş verməməsinə səbəb olur.
  9. 9. Yatmazdan əvvəl əsəbləşməmək, yataq otağının havasını dəyişmək, hətta, otağın kiçik pəncərəsini açıq qoyub yatmaq rahat yuxuya səbəb ola bilir. Əgər hava sərindirsə o zaman ayağınıza corab geyinib yata bilərsiniz.
  10. 10. Hamilə qadının yatağı rahat olmalı, təbii yataq paltarı geyinməli və təbii patçadan tikilmiş yataq dəstələrindən iatifadə etməlidir.
  11. 11. Hamilə qadın yatağa uzanarkən özünə rahat poza seçməli və ona necə rahat olursa o cürə də uzanmalıdır. 
Hamilə qadınlara yuxugətiricilərdən istifadə etmək olmaz. Bu səbəbdən də hamilə qadın yataq rejimini təyin etməli və yuxarıda yazılanlara əməl eləməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlik zamanı yuxusuzluq" haqqında müzakirə