Kişilərin doğuş zamanı qadınlarının yanlarında olmalarının tərəfdarısınız, yoxsa əleyhinəsiniz?

  • Müəllif: elnare
  • Tarix: 31 may 2017
  • Baxış sayı: 5 538
  • 0 rəy

Kişilərin doğuş zamanı qadınlarının yanlarında olmalarının tərəfdarısınız, yoxsa əleyhinəsiniz?

Doğmaq, övlad sahibi olmaq hər bir qadının həyatında ən mühüm hadisə sayılır. Bunun səbəbi isə qadının dünyaya insan gəirməsidir. Son illərdə bu hadisəni görmək və sevdiyi qadının doğuş zamanı yanında olmaq kişilər arasında dəb halı alıb. Bəs doğuş zamanı ərlərin öz qadınlarının yanlarında olmalar normaldırmı?

Doğuş zamanı kişilərin qadınların yanında olmalarının müsbət cəhətləri.

Bir çox qadınlar hamiləlik zamanı ərlərinin qayğısını daima hiss etmək istyirlər. Belə qadınlar USM-ə gedərkən, həkim müayinəsində olarkən, doğulacaq uşağa paltar seçərkən ərlərinin onların yanında olmalarından xoşlanırlar. Sonda isə belə qadınların arzusu ərlərinin doğum zamanı onların yanlarında olmaları olur. Bu qadınlar doğuş zamanı ərlərinin yanlarında olmalarını özləri üçün dəstək hesab edirlər.
Mütəxəsislər kişilərin hamiləlik zamanı öz qadınlarının yanlarında olmalarını normal hal və yaxşı dəstək hesab edirlər. Amma bəzi mütəxəssislər doğuş zamanı ərlərin kənardan dəstək olmalarını daha məqsədəuyğun sayırlar. Mütəxəssislər doğuş zamanı qadının, ərinin dediyi sözlərə deyil, həkimin dediklərinə ehtiyacları olduğunu deyirlər. Doğuş zamanı qadnların fikirləri ərlərində deyil, mamaçada və doğumu idarə edən həkimdə olmalıdır.
Kişilərin doğuş zamanı qadınlarının yanında olmalarının müsbət cəhətləri
Bu prosesə kişilərin gözü ilə baxaq. Əslində kişilər doğuş zamanı öz qadınlarının əzəb çəkdiklərini görsələr narahatlıq hissi keçirəcəklər. Doğuş sancıları və sancılar səbəbindən meydana çıxan ağrılar kişilər tərəfindən çətin qəbul edilir. Belə ki, bu zaman kişilərin qadınlardan daha zəif olmaları meydana çıxır. Bəzi mütəxəssislər kişilərin bu səhnəni görən zaman qadınlarına qarşı daha çox qayğıkeş yanaşacaqlarını söyləyirlər.
Bəzi mütəxəssislər isə kişilərin dünyaya gələn anda övladlarını qucaqlarına almalarını kişilər üçün xoşbəxtlik olduğunu qeyd edirlər. Onlar bu zaman ataların öz övladlarını daha çox sevəcəklərinə inanırlar.

Doğuşda kişilərin iştirak etməsinin mənfi cəhətləri

Mütəxəssislər bunun mənfi cəhətləri də olduğunu söyləyirlər. Belə ki, bəzi mütəxəssislər doğuşda iştirak edən kişilərin doğuşdan sonra stress yaşadıqlarını qeyd edirlər. Doğuş prosesi kişilərin psixikasına yara aça bilir.
Bəzən isə doğuş prosesini görən ər gənc ananı yaşlı qadın hesab edir. Doğuş zamanı əzab çəkən qadınını görən bəzi kişilər öz xanımlarına sevgili kimi yox, uşağınının anası kimi yanaşır. Hətta, doğuşda iştirak edib, bu səhnəni gördükdən sonra arvadını boşayan kişilərə də rast gəlinir.
Bəzən qadınların razı olmadıqlarına baxmayaraq doğuşda iştirak etmək istəyən kişilərə də rast gəlmək mümkündür. Psixoloqlar isə qadınları ərlərini doğuşda iştirak etmək üçün təhrik etdikdə onları 2 dəfə düşünməyə səsləyir. Çünki, kişinin doğuşda iştirak etməsi həm qadının xeyrinə, həm də zərərinə ola bilər.
Hər 2 halda biz bütün qadınlara asan doğuş və sağlam ailə arzulayırıq!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kişilərin doğuş zamanı qadınlarının yanlarında olmalarının tərəfdarısınız, yoxsa əleyhinəsiniz?" haqqında müzakirə