Yenidoğulmuşlarda bişməcə
Bişməcə adətən yenidoğulmuş körpələrdə olur. Bişməcə olan nahiyyədə yanma, qaşınma hissi olur. Bu səbəbdən də bişməcəsi olan körpələr narahat yatır, əsəbi və yuxusuz olurlar. Bişməcənin əmələ gəlməsinə Candida albicans adı verilən göbələyin səbəb olduğu məlumdur. Bu göbələk nəcis və sidik ifrazı olan bölgələrdə əmələ gələn və patologiyaya səbəb olan göbələkdir. Həmin hissələrin nəmli və ilıq olması göbələk xəstəliyinin atrıb çoxalmasına səbəb olur. Buna görə də bişməcə körpələrin oturacaq hissəsinin pampers və ya bezlə təmasda olan nahiyəsində əmələ gəlir.
Bişməcə adətən bel, beldən aşağı, oturacaq və budun yuxarı hissəsində əmələ gəlir. Bişməcə baş verən zaman analar bəzi qaydalara əməl eləməyi unutmamalıdırlar:
1. Bişməcə olan zaman talk pudrası istifadə etmək olmaz.
2. Körpələr əlavə yeməyə keçdiyi zaman nəcisin kimyəvi tərkibi dəyişdiyinə görə bişməcə əmələ gələ bilir..Həssas cildi olan körpələrdə bişməcəyə meyillilik daha çox olduğuna görə onların təmizliyinə diqqətlə yanaşmaq lazımdır.
3. Körpənin dərisi nəm qalmamalıdır.
Bişməcənin əmələ gəlməməsi üçün analar bəzi qaydalara əməl etməlidir:
* Körpə sidik və nəcis ifrazından sonra mütləq yuyulmalı və yaxşıca qurudulmalıdır.
* Körpənin dərisi mütləq havalandırılmalıdır.
* Sintetik geyimlərin dəri ilə təmas edilməsinə icazə verilməməlidir.
* Bişməcə olan nahiyyə suyla və köpüklənməyən sabunla yuyulmalıdır.
* Körpəyə geydirilən alt paltarları qaynadılmalıdır.
* Körpənin altı islaq qalmamalıdır.
* Dəri yuyulduqdan sonra yumşaq pambıq parça ilə qurulanmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Yenidoğulmuşlarda bişməcə" haqqında müzakirə