Dövredən immun komplekslər

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 503 992
  • 0 rəy

 Dövredən immun komplekslər.
İmmunoqlobulinin əsas bioloji funksiyalarından biri antigeni özünə birləşdirərək dövredən immun kompleks əmələ gətirmək qabiliyyətinə malik olmasıdır. İmmun kompleksin əmələ gəlmə prosesi normal immun cavabın kompanentlərindən biri olub antigenin neytrallaşdırılması və eliminasiyası ilə başa çatır. Bəzi hallarda immun kompleks damar divarına fiksə olunaraq iltihabı reyaksiyaya səbəb olur. Dövredən immun komplekslərin yerləşməsi onun formalaşdığı yerdən və çökdüyü toxumadan asılıdır. Əgər proses generalizə olunmuş xarakter alarsa bu immun kompleks patologiyanın inkişafına aparıb çıxara bilər.
İmmun komplekslərin əmələ gəlməsi və onların bioloji aktivliyi bir çox faktorlardan, asılıdır:
– antigenin və əkscismin təbiətindən
– onların miqdarından
– bir-birinə nisbətindən
– bir-birinə qarşılıqlı təsirindən.
İmmun komplekslərin ən səciyyəvi xüsusiyyəti onların ölçüləridir. Əkscismlərin üstünlüyü şəraitində əmələ gələn immun komplekslər böyük ölçülü, aşağı patogen, tez faqositoza uğrayan komplekslərdir. Əksinə antigenin üstünlüyü şəraitində yaranan orta ölçülü dovredən immun kompleksləri yüksək patogenliyə malik olur, komplimenti asanlıqla aktivləşdirir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dövredən immun komplekslər" haqqında müzakirə