KLİMAKTERİYA ZAMANI BAŞ VERƏN PATOLOGİYALAR
Postmenopouza zamanı estrogenlərin defisiti qlükoza və insulin mübdiləsində böyük rol oynayır.
Qadınların çoxunda klimakteriya zamanı 2-ci tip diabetin meydana çıxması baş verir. İnsulinə rezistenliyin artması damarların elastikliyinin artmasına səbəb olur. İnsulinə rezistenliklə əlaqədar, androgenlərin miqdarının artması, abdominal piyin çox olması, hipertenziya, katexolaminlərin səviyyəsinin artması postmenopauzada ürək-damar xəstəliklərinin risk amilləri hesab edilir.
Estrogenlərin azalması Alsheymer xəstəliyinin əmələ gəlməsinə də səbəb ola bilir.
Klimakteriya dövrü zamanı kalsium mübadiləsinin pozulduğuna görə qadınlrda osteoporoz sürətlə inkişaf edir.
Menopauzadan sonra qadınlarda aşağıdakı patoloji əlamətlərə də rast gəlinir:
– başa və gövdənin yuxarı hissəsinə istilik axması
– titrətmə
– başağrısı
– ürəkdöyünmə
– təzyiqin aşağı və ya yuxarı olması
– əsəbilik
– narahatçılıq hissi
– diqqətsizlik
– depressiya
– yaddaşın pozulması
– ürək damar xəstəlikləri
– ateroskleroz və s.
MÜALİCƏSİ: Müalicə hormonal aparılır. Xəstədə yuxarıda yazılan əlamət və ya xəstəliklərin hansısa biri vardırsa o istiqamətdə müalicə tədbirləri aparılır. Xəstəyə açıq havada gəzinti, hansısa bir məşğuliyyətlə məşğul olması məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"KLİMAKTERİYA ZAMANI BAŞ VERƏN PATOLOGİYALAR" haqqında müzakirə