Çimərlikdən yoluxa biləcək xəstəliklər
Dənizi sevənlər yay mövsümünü çimərlik mövsümü adlandırırlar. İsti qum, mavı dəniz çoxlarının istirahət etdiyi bir məkandır. Əksər adamların çimərlik mövsümündə baş verəcək xəstəliklərdən xəbəri belə yoxdur. Bəzi xəstəliklər vardır ki, onlar yay mövsümündə artırlar. Həkimlər soyuq qış aylarından çox, yay fəslinin xəstəliklərinin təhlükəli olduğunu söyləyirlər. Bu xəstəliklərə ən çox uşaqlar məruz qalırlar. Yayın gəlməsi ilə artan xəstəliklər bunlardır:
* Angina – ən çox uşaqlarda dondurma və soyuq suların içilməsi zaman baş verir. Soyuq kondisionerin altında oturmaq da uşaqlarda boğaz ağrısına səbəb ola bilir.
* Bağırsaq infeksiyaları – uşaqlarda tez-tez rastlanan xəstəlikdir. Bağırsaq infeksiyaları dənizin suyundan, boyat yeməklərdən, soyuducuda saxlanılmayan qidalardan düşür. Yetişdirilməsi sürətləndirilmiş meyvə və tərəvəzlər də bağırsaq inkeksiyalarının baş verməsinə səbəb olan amillərdən biridir.
* Sistit – sidik kisəsinin iltihabi xəstəliyi olub, ən çox çimərliklərə gedən şəxslərdə rast gəlinir. Sulu çimərlik paltarı ilə gəzmək, sudan kənara çıxan kimi qurulanmamaq bu xəstəliyin baş verməsinə səbəb olur.
* Enterit – bakteriyaların törətdiyi bağırsaq infeksiyasıdır. Çirkli əllərdən, ağacdan dərilib yuyulmadan yeyilmiş meyvələrdən, soyuducudan kənarda saxlanılıb qəbul edilən qidalardan yoluxur.
* Otit – qulağın iltihabi xəstəliyidir. Çimərlikdə suyun qulağa daxil olması və vaxtında qulağın təmizlənməməsi zamanı baş verir.
Dəniz və günəş Allahın hər ölkəyə bəxş etmədiyi bir nemətdir. Bu nemətdən düzgün və faydalı istifadə edilərsə, çox yaxşı olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Çimərlikdən yoluxa biləcək xəstəliklər" haqqında müzakirə