Ağızdan gələn pis qoxu
Diş həkimləri ağız qoxusuna diş və diş əti xəstəliklərinin səbəb olduğunu təsdiqləyirlər. Onıar diş əti çəkilməsinin, dişlər arasında qida qalıqlarının qalmasının, diş daşının da ağızda qoxuya səbəb ola biləcəyini söyləyirlər. Həkimlər sadaladığımız diş xəstəliklərinə dişlərin uşaq vaxtından düzgün fırçalanmaması səbəb olduğunu deyirlər.
Ağzından qoxu gələn şəxs aşağıda yazılanlara mütləq əməl eləməlidir:
– diş həkiminə müraciət etməli;
– lor həkiminin müayinəsindən keçməli;
– gündə bir neçə dəfə ağız yaxalayıcısıyla ağzını yaxalamalı;
– dişlərini gün ərzində bir neçə dəfə yumalı;
– xüsusi fırça ilə dilinin üstünü də fırçalamalıdır.
Bunlardan başqa ağızda olan çürük dişlərin müalicəsi, diş əti daşlarının təmizlənməsi, lifli qidaları yedikdən sonra dişlərin arasının diş sapı vasitəsilə təmizlənməsi ağızda olan qoxunu aradan qaldırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ağızdan gələn pis qoxu" haqqında müzakirə