Qışda öskürəyin əsl dərmanı olan heyvan

  • Müəllif: elnare
  • Tarix: 14 fevral 2020
  • Baxış sayı: 3 049
  • 0 rəy

Heyva bir sıra dərman bitkilərə aid olub və bir çox faydalı maddələrlə zəngindir. Bu xüsusiyyətlərə yalnız təzə meyvələr deyil, eyni zamanda qurudulmuş, turşu və mürəbbə şəklində hazırlanmış formasıda aiddir. Qış mövsümündə həkimə müraciət etməyimizin əsas səbəbləri öskürək, sinusit, faringit, laringit, soyuqdəymə və üst tənəffüs yolu infeksiyalarıdır. Heyva müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Ən çox tənəffüs yollarını müalicə etmək və öskürəyin fəaliyyətini birbaşa azaltmaq üçün çox önəmlidir.
Bir neçə müxtəlif heyva növləri var. Hamısı da hər hansı bir öskürək reseptinə, immunitet sistemini gücləndirməsinə və sadəcə ləzzətli bir çay süfrəsinə olduqca uyğundur. Heyva ekzotik bir meyvədir. Bu meyvənin sadəcə müxtəlif dadlı yeməklər hazırlamaq üçün də istifadə edilir. Heyva suyunu qış aylarında yoluxucu xəstəliklərdən qorunmaq üçün içmək çox faydalıdır. Öskürək reseptlərini hazırlamaq üçün heyvadan istifadə etməzdən əvvəl onu düzgün hazırlamaq lazımdır. Bir ədəd heyvanın qabıqlarını soyub, dilimləyib, zeytun yağında bişirib 3 yerə bölərək gündə 3 dəfə yeməkdən əvvəl hər dəfə 1 hissəsini yemək lazımdır. Bu öskürək və göy öskürək zamanı olduqca faydalı bir reseptdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qışda öskürəyin əsl dərmanı olan heyvan" haqqında müzakirə