
Prostat vəzi-kişilərin qorxulu yuxusu
Xüsusi ilə prostatitin ilk əlamətləri nadir hallarda ciddi qəbul edilir. Vücudunuza bu qədər laqeyd münasibət, xəstəxana yatağına səbəb ola bilər və həyatı ciddi şəkildə çətinləşdirə bilər. Bunun baş verməməsi üçün hər hansı bir insanın sağlamlığına nəzarət etməsi və xüsusilə yetkinlik yaşına çatdıqda profilaktik tədbirlər görmək lazımdır. Prostatit haqqında çox məlumatlar yazırlar və danışırlar, təhlükəni çox şişirdər və ya aşağılayarlar. Əslində vəziyyət nəcədir və prostatitin əsas əlamətləri nələrdir?
Prostatitin müxtəlif formalarından əziyyət çəkən kişilərdə ümumi simptomları ayırd etmək olar. Bunlara -sidik kanalının iltihablı prostat vəzi tərəfindən sıxılması səbəbindən sidik çıxartmanın çətinləşməsi, ağrı və yanma hissinin baş verməsi, ereksiya mexanizminin pozulması, orqazmın zəifləməsi, sürətli boşalma, potensialın azalması, psixi depressiya, narahatlıq kimi simptomlar aiddir. Prostatitli bir xəstənin sağalması üçün düzgün psixoloji münasibət çox vacibdir. Stress bədəni daha da zəiflədir və müalicəni çətinləşdirir, daha da depresiyaya səbəb olur. Bir xəstənin bu ağır vəziyyətdən çıxması çətindir.Buna görə bəzən prostatit ilə antidepresanlar əlavə təyin olunur.Prostatitin qarşısını almaq üçün bir neçə profilaktik tədbirlər təyin edilir:şəxsi gigiyena, müntəzəm cinsi həyat,sağlam fiziki fəaliyyət, protein, vitamin və ciddi pəhriz, spirtli içkilərdən və siqaret çəkmədən imtina, hər hansı bir yoluxucu xəstəliklərin vaxtında müalicəsi, gündəlik stressin ümumi səviyyəsindən azaldılması və s. Prostatit çeşidlərinin çoxluğu və onun inkişafına səbəb olan amillər səbəbindən kişilər sağlamlıqlarına diqqətlə yanaşmalı və ildə ən azı iki dəfə müayinədən keçməlidirlər. Bu qırx yaşdan sonra xüsusilə vacibdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Prostat vəzi-kişilərin qorxulu yuxusu" haqqında müzakirə