Çeynədiklərimiz Saqqız deyil
-nəfəsimiz təravətli olmalıdı
-günorta yemekdən sonra turşu-qələvi balansını düzəltmək lazımdı
-bəzən elə yemək istəyirikki,ancaq saqqız çeynəyib qarşısını alırıq.
Tarixə baxdıqda saqqız çeynəmək daş dövründən qalıb.Qədim Romalılarda püstə ağacından nəfəs təravətləndirici kimi istifadə ediblər.Beləki müxtəlif dövrlərdə müxtəlif bitkilərdən saqqız kimi istifadə ediblər.
Bəs indi çeynədiyimiz saqqızın tərkibində nələr var?
-Sorbit E420
-izomol E953
-manit E421
-maltit siropu E965
-qatılaşdırıcı E414
Belə görünürki təbii heç bir şey yoxdur.Bəs saqqız doğurdanda yuxarıda qeyd etdiyimiz funksiyaları görürmü?
Nəfəsi təravətləndirir?Bəli
Aclığı götürürmü-Bəli.Həmçinin mədədə çoxlu şirə ifraz olunur,buda qastrid üçün xeyrlidir.
Bəs ağızda turşu-qələvi balansına,hipersalivasiyaya necə təsir göstərir.Bunun üçün test edək.
1.Könüllülərin ağzının PH-ı saqqız çeynədikdən əvvəl və sonra ölçüldü.Müəyyən olundu ki,PH-ın 7,5 olmasında saqqızın heçbir rolu yoxdur.
2.Şakalat qəbulundan sonra könüllülərin bir hissəsi ağzını yaxaladı,bir hissəsi saqqız çeynədi.15 dəqiqə sonra hamısında PH 7,5 oldu.
Deməli turşu-qələvi balansında saqqızın heçbir rolu yoxdur.
3.İndi baxaq saqqızın təsirindən ağız suyu öz kimyəvi təsirini dəyişirmi.Xeyr.Çünki oqanizm turşu-qələvi balansını normal saxladığı mexanizmlə ağız suyunun kimyəvi tərkibinidə normada saxlayır.
O ki qaldı hipersalivasiyaya biz bunu ağzımıza atdığımız hər bir qidailə edə bilərik.
İldə milyonlarla ton saqqız çeynənir.Biz saqqız çeynəməyi xoşlayırıq,ama yenədə çalışaq ki aludəçi olmayaq.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Çeynədiklərimiz Saqqız deyil" haqqında müzakirə