İki dəfə qaynadılmış suyu içmək olmaz

  • Müəllif: elnare
  • Tarix: 11 iyun 2017
  • Baxış sayı: 4 982
  • 0 rəy

İki dəfə qaynadılmış suyu içmək olmaz. Təkrar qaynadılan suyun tərkibində aşağıdakı zəhərli maddələr əmələ gəlir

Bizlərdən çoxumuz çaydanda qaynanmış suyu yenidən qaynadıb içirik. Bunu orqanizmdə nələrə səbəb olacağı barədə isə heç düşünmürük. Bəs iki dəfə qanamış suda hansı proseslərin getdiyini bilirsinizmi? Suyun qaynadıqda buxara çevrildiyini biz orta məktəbdə öyrənmişik və bilirik. Bəs su buxarlandıqdan sonra çaydanda qalın suyun tərkibində hansı dəyişikliklər getdiyindən hamınızın xəbəri varmı?

Bir dəfə qaynamış suyu içmək orqanizm üçün təhlükəsiz sayılır. Su yenidən qaynadıqda isə onun tərkibindəki komponentlərin tərkibi dəyişilməyə başlayır. Təkrar qaynamış suda nitrat, mışyak və ftorlu birləşmələr əmələ gəlir. Bu minerallar isə orqanizm üçün çox təhlükəli sayılır. Məsələn, təkrar qaynanmış suyun tərkibində əmələ gələn kalsium böyrəklərdə və öd kisəsində toplanır. Təkrar qaynanmış suda əmələ gələn maddələr orqanizmdə aşağıdakılara səbəb olur:

1. Mışyak

Orqanizmdə intoksikasiyanın yaranmasına səbəb olur. Az miqdarda və tədricən orqanizmdə toplanması geridönməz fiziki problemlərin əmələ gəlməsinə səbəb olur.
Mışyak periferik neyropatiyalara, mədə-bağırsaq problemlərinə, dəri xəstəliklərinə, şəkərli diabetə, böyrəklərin fəaliyyətinin pozulmasına, ürək xəstəliklərinə səbəb ola bilir.

2. Nitratlar

Nitratlara təbiətdə hər yerdə rast gəlinir(suda, havada və s.). Onun çox qəbul edilməsi orqanizmə kanserogen təsir göstərir. Nitratlar orqanizmdə leykemiyanın, yoğun bağırsaq, sidik kisəsi, mədə-onikibarmaq bağırsaq,  mədəaltı vəzi xərçənginin əmələ gəlməsinə səbəb olir.

3. Ftor

Alimlər ftoru orqanizm üçün təhlükəli hesab edirlər. Çaydanın suyu dəfələrlə qaynadıqda həmin suda ftoridlər əmələ gəlir.
Hardvard Universitetinin alimləri son 22 ildir ki, təkrar qaynamış suyun orqanizmə mənfi təsiri barədə araşdırmalar aparırılar. Onların apardıqları araşdırmalardan aşağıdakı nəticə hasil olub.
Ftorid nevroloji sistemə mənfi təsir edir və əqli zəiflik əmələ gətirir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İki dəfə qaynadılmış suyu içmək olmaz" haqqında müzakirə