Özünü yoxla – psixoloji test
Verəcəyiniz qərarlar, atacağınız addımlar zamanı duyğularınızınmı, yoxsa məntiqinizinmi rol oynadığını bilmək istəyirsinizsə, aşağıdakı sualları cavablandırın. Cavablarınıza uyğun balları toplayın və sonda qərarlarınızı nəyə əsasən verdiyinizi öyrənin.
1. Səhər işə gələrkən yolda qəza olduğunu gördün ...
a) Çox kədərlənərəm, ona görə baxmadan keçərəm.(1 bal)
b) Dərhal təcili yardıma zəng vurar, qəza haqqında məlumat verərəm . (2 bal)
c) Əlimdən gələn ilkin yardımı edərəm. (3 bal)
2. Sevgilin sənə xəyanət etdiyi üçün ayrıldın. Amma o təkrar barışmaq istəyirsə...
a) Onu hələ də çox sevirəm. Qəbul edərəm. (1 bal)
b) Zamana buraxmaq ən doğrusudur. (2 bal)
c) Təkrar xəyanət etməyəcəyini kim bilə bilər? Əsla olmaz. (3 bal)
3. Xoşuna gələn insanla yeni münasibətə başladın, amma dost-tanış ona çox bağlandığını söyləyir.
a) Bu eşqdir! Özümü saxlaya bilmirəm. (1 bal)
b) Bir az düşünər və hərəkətlərimə diqqət edərəm. (2 bal)
c) Haqlı olduqlarını düşünərəm. Həyat yalnız ondan ibarət deyil. (3 bal)
4. Çox sevdiyin dostunla (rəfiqənlə) ziyafət verəcəksiniz. Amma dostun son dəqiqədə bir bəhanə gətirir.
a) O mənim ən yaxşı dostumdur, yenə edərik. Qəlbini qırmağa dəyməz. (1 bal)
b) Gələn qonaqlara zəng vurar, gələrkən şirniyyat almalarını söyləyərəm. (2 bal)
c) Belə bir şey ola bilməz. Daha diqqətli olması lazım idi. (3 bal)
5. Xoşuna gələn insanla eyni layihədə vəzifə aldın...
a) Birlikdə keçirdiyimiz bütün zamanı qiymətləndirər, layihəni unudaram. (1 bal)
b) Bir az layihə ilə məşğul olduqdan sonra birlikdə vaxt keçirməyi təklif edərəm. (2 bal)
c) Layihə mənim üçün çox əhəmiyyətlidir. Onu bitirməliyik. (3 bal)
6. Ən yaxın dostunun köhnə sevgilisinin səndən xoşu gəldiyini öyrəndin ...
a) Bu çox gözəl xəbərdir! Mənim də ona qarşı hisslərim var idi. (1 bal)
b) Bu hadisə məni narahat edər. Yoldaşlarımdan kömək istəyərəm. (2 bal)
c) Dostum(rəfiqəm) mənim üçün daha əhəmiyyətlidir. Xəbərim yox imiş kimi davrana bilmərəm. (3 bal)
7. Çox sevdiyin bir dostunun sevgilisinin ona xəyanət etdiyini öyrəndin ...
a) Bu çox pis vəziyyətdir! Dostum üçün kədərlənərəm, amma ona deyə bilmərəm. (1 bal)
b) Sevgilisi ilə danışar, vəziyyəti anlamağa çalışaram. (2 bal)
c) Nəticə nə olursa olsun bunu dostuma söyləməliyəm. (3 bal)
8. Sevgilin mübahisənizdə sənin xarakterində xoşuna gəlməyən davranışları söylədi ...
a) Çox inciyərəm . Amma sevirəm, onu itirməmək üçün bildirmərəm. (1 bal)
b) Bir müddət ayrı qalsaq, dəyərimi anlayacaq. (2 bal)
c) Söylədiklərini ciddi qəbul edərəm. Amma məni incitmək məqsədiylə söylədiyi üçün bir daha danışmaram. (3 bal)
Duyğular öndədir (8-13 bal)
Sən duyğularına əhəmiyyət verirsən. Hətta bəzən həddindən artıq əhəmiyyət verdiyin belə olur. Bir az məntiqinə üstünlük versən, çevrəndəkilərlə əlaqələrin daha yaxşı ola bilər. Çünki hər cür vəziyyətdə ən çox kədərlənən sən olursan.
Məntiq (14-19 bal)
Bəzən duyğuların, bəzən də məntiqin sənin üçün ön plandadır, Harada necə davranması lazım olduğunu bilən insanlardansan. Buna görə ətrafındakı insanlar sənə çox inanır. Onlarla yaxşı ünsiyyət qurmağı bacarırsan.
Sırf məntiqə əsaslanırsan (20-24 bal)
Sənin üçün hər zaman məntiq ön plandadır. Bu qədəri səncə də həddindən artıq deyilmi? İnsanlar sənin haqqında “aysberq” deyirlər. Ətrafa duyğusuz bir insan kimi görünməkdən çəkinməlisiniz. Çünki, sən də elə insan olmadığını çox yaxşı bilirsən.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Özünü yoxla – psixoloji test" haqqında müzakirə