Kişinin sperması ilə inseminasiya üçün göstərişlər
Süni mayalanmanı həyata keçirməmişdən əvvəl kişilərdə də bəzi müayinələrin aparılması vacibdir. Bu müayinələr aşağıdakı səbəblərə görə aparılır :
1. İmpotensiya (cinsi zəiflik).
2. Eyakulyasiyanın olmaması.
3. Oliqospermiya zamanı.
4. Uretranın hipospadiyası.
Belə hallarda eyakulyat sentrifuqa vasitəsi ilə tərkib hissələrinə ayrılır və spermatozoidlə zənginləşdirilmiş fraksiya servikal kanala yeridilir. Bundan başqa bir neçə eyakulyatorun konsentratını yığırlar, bunun üçün mürəkkəb avadanlıq tələb olunmur.
Uşaqlıq boynunun anatomik funksional, immunoloji və iltihabi dəyişikliklərin bəzi formalarının olduğu halda, servikal antaqonizmin üzə çıxdığı qadınlarda, kişi sperması ilə süni mayalanma aparılması məqsədəuyğundur. Vaginizm, bud-çanaq oynağı xəstəlikləri kişi sperması ilə inseminasiyanın aparılması üçün göstəriş ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Süni inseminasiya
29 dekabr 2016
Süni mayalanma üçün vaxtın seçilməsi
29 dekabr 2016
Ekstrakorporal mayalanma
29 dekabr 2016
Vaginizm
29 dekabr 2016
Dar çanaq
29 dekabr 2016
"Kişinin sperması ilə inseminasiya üçün göstərişlər" haqqında müzakirə