Epididimit
Klinikası:
Epididemit qəflətən başlayır, xaya artımı böyüyür, ağrı meydana çıxır. Bədən hərarəti 38-40 dərəcəyə yüksəlir. Iltihabi proses və ödem xaya qişaları və xayalığa yayılır, xaya şişir, dərisi dartınır, hamarlaşır, hiperemiyalaşır və xaya qişalarının suluğu baş verir. Ağrılar qasıq nahiyəsinə, bəzən belə, büzdümə ötürülür. Hərəkət zamanı güclənir, odur ki, xəstələr yataqda uzanmağa üstünlük verirlər. Vaxtında müalicə aparıldıqda 2-3 gün sonra ağrı və ödem azalır, bədən hərarəti normallaşır. 3-4 həftəyə kəskin epididemit tamam sorulur və iltihabın zədələdiyi yerdə çapıq birləşdirici toxuma qalır. Təsadüfən iltihabi irinliklər birləşib xaya artımının absesini meydana çıxara bilir.
Müalicəsi: İlk növbədə xəstəyə yataq rejmi təyin olunmalıdır. Pəhrizdə kəskin və qıcıqlandırıcı qidalardan imtina olunur, çoxlu maye qəbul olunur. Xəstə suspenzoriydən istifadə etməlidir, xaya nahiyəsinə buz kisəciyi qoyulur. Xəstəliyi yaradan mikrobların təyini çətin olduğu üçün geniş spektrli antibiotiklərdən istifadə edilir , yaxud ximiopreparatlardan , ftorxinolonlardan istifadə olunur. Kəskin iltihabi proses sakitləşdikdən sonra isti-xayaya qızdırıcı kompres, diatermiya, ultrayüksək tezlikli cərəyan iltihabın tez sorulmasına kömək edir. Xaya artımında abses baş verdikdə onu cərrahi yolla işləmək lazım gəlir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Epididimit" haqqında müzakirə